Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
03-02-2026 [16:11]
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir. Belə ki, Milli Məclisin ötən gün keçirilən iclasında ikinci səsvermədə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində Moskva və Qars müqavilələrinin adının Naxçıvan Konstitusiyasından çıxarılması səsverməyə qoyularaq qəbul edilib.
Təbii, bu dəyişiklik konkret suallar yaradır: Naxçıvan Konstitusiyasının Preambulasının dəyişməsi, Moskva və Qars müqavilələrinin Konstitusiyadan çıxarılması hansı mənaya gəlir? Naxçıvanın Muxtar Respublika statusu ləğv edilir?
Əslində, bu sualın konkret cavabı yoxdur. Belə ki, bu günə qədər Naxçıvanın muxtar statusu iki səviyyədə təmin olunurdu:
Birinci səviyyə tarixi-beynəlxalq legitimlikdir. Burada əsas məqam Preambulanın hüquqi mahiyyəti və muxtariyyətin nəyə əsaslandığını başa düşməkdir. Belə ki, Preambula ümumiyyətlə normativ-hüquqi qaydaları müəyyən etmir, daha çox sənədin ideoloji, tarixi və siyasi əsaslarını ifadə edir.
Muxtar Respublikanın Konstitusiyasının Preambulasında qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Yəni Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinin çıxarılması avtomatik olaraq Naxçıvanın muxtariyyətinin ləğvi demək deyil.
İkinci və əsas səviyyə isə daxili konstitusion legitimlikdir. Yəni Azərbaycan Respublikasının Konstitusiyası. Məhz bu Konstitusiya Naxçıvanı muxtar respublika kimi tanıyır, onun səlahiyyətlərini, dövlət hakimiyyəti orqanlarını və Azərbaycanla münasibətlərini müəyyən edir. Yəni bilinənin əksinə, Naxçıvanın muxtar statusu beynəlxalq müqavilələrdən yox, Azərbaycan Respublikasının Konstitusiyasından və dövlətin daxili konstitusion quruluşundan irəli gəlir. Daha dəqiq desək, Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir.
Azərbaycan Konstitusiyasında Naxçıvanın statusu ayrıca maddələrlə təsbit olunub. Yəni bu status dəyişmədiyi müddətcə Naxçıvan hüquqi baxımdan muxtar subyekt olaraq qalır. Muxtariyyətin dayağı Preambula yox, Konstitusiyanın mətn hissəsidir.
Moskva və Qars müqavilələrinə gəldikdə, tarixi baxımdan Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunmasında hər iki müqavilə mühüm rol oynayıb. Xüsusilə Qars müqaviləsi Naxçıvanın üçüncü dövlətə verilməməsi ilə bağlı beynəlxalq təminat mahiyyəti daşıyır. Lakin bu müqavilələrin Preambuladan çıxarılması onların hüquqi qüvvəsinin tamamilə inkarı anlamına gəlmir. Beynəlxalq hüquqda bir müqavilənin qüvvəsi onun başqa bir sənəddə xatırlanıb-xatırlanmamasından asılı deyil. Təklif edilən yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
Bir daha qeyd edim ki, Naxçıvan Konstitusiyasının Preambulasının dəyişməsi muxtar respublika statusunun da dəyişməsi mənasına gəlmir. Lakin perspektivdə bunun ümumiyyətlə olmayacağını da demək mümkün deyil.
Əvvəlcə onu deyim ki, muxtariyyətin ləğvi üçün hüquqi baxımdan bir sıra fundamental addımların atılması zəruridir. Misal üçün Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusunu təsbit edən maddələrə dəyişiklik edilməli, paralel olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ya tamamilə yenidən işlənməli, ya da onun normativ məzmunu köklü şəkildə dəyişdirilməlidir. Eyni zamanda, muxtar hakimiyyət institutları ya ləğv olunmalı, ya da sırf inzibati idarəetmə funksiyaları daşıyan strukturlara çevrilməlidir.
Son illərdə Naxçıvanda baş verən proseslər bu istiqamətdə faktiki mərkəzləşmənin gücləndiyini göstərir. Vasif Talıbovun uzun illər ərzində formalaşdırdığı spesifik idarəetmə modelinin qısa müddət ərzində sıradan çıxarılması mərkəzi hakimiyyətin region üzərində real nəzarəti bərpa etmək niyyətinin açıq təzahürü kimi qiymətləndirilə bilər. Bu kontekstdə Prezidentin Naxçıvanda xüsusi nümayəndə institutunu təsis etməsi də xüsusilə diqqətçəkir. Onu da deyim ki, sözügedən institut klassik muxtariyyət modelləri üçün xarakterik deyil və mərkəzi icra hakimiyyətinin regionda birbaşa idarəetmə mexanizmini formalaşdırdığını göstərir.
Regional və beynəlxalq proseslər də burada əlavə kontekst yaradır. Vaşinqtonda keçirilən üçtərəfli görüş çərçivəsində sülh sənədinin paraflanması, habelə nəqliyyat-kommunikasiya xətlərinin açılması, o cümlədən tranzit mexanizmlərinin müəyyənləşdirilməsi və maneəsiz hərəkətin təmin olunmasına dair razılaşmalar Naxçıvanın gələcək statusunun artıq daha geniş regional inteqrasiya müstəvisində nəzərdən keçirildiyini göstərir. Bu proseslər Naxçıvanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, onun idarəetmə modelinə dair yanaşmaların da yenidən düşünülməsini şərtləndirir.
Bütün bunların fonunda Azərbaycan ictimai-siyasi mühitində son zamanlar Konstitusiya referendumu ilə bağlı səslənən iddialar və müzakirələr də var. Ona görə hesab edirəm ki, bu müzakirələr perspektivdə Naxçıvanın muxtar statusunun yenidən nəzərdən keçirilməsi ehtimalını tamamilə istisna etmir.
Turan Rzayev
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər