Nəsimi rayonunda 2 fevral- Gənclər günü münasibətilə tədbir keçirilib - FOTOLAR
02-02-2026 [17:42]
Bu gün Nəsimi Rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 2 fevral- Gənclər günü qeyd olunub.
Mia.az xəbər verir ki, tədbirdə dövlət siyasətinin prioritet istiqamətləri, nəsillərarası varislik və rayonun ictimai-siyasi həyatındakı yeniliklər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov ölkə rəhbərliyi tərəfindən həyata keçirilən daxili və xarici siyasətin uğurlarından bəhs etmişdir. O, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini vurğulayaraq bildirmişdir ki, Heydər Əliyev Fondunun mədəniyyətimizin və tariximizin dünya miqyasında təbliğindəki rolu əvəzsizdir.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski öz çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, onların təhsilinə, vətənpərvərlik ruhunda formalaşmasına və ictimai-siyasi fəallığına xüsusi önəm verirdi. O, gənclərlə mütəmadi görüşlər keçirir, onların problemlərini dinləyir, təşəbbüslərini dəstəkləyirdi. Məhz bu yanaşmanın nəticəsi olaraq müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin əsasları formalaşdırıldı, gənclərin dövlət idarəçiliyində, elm və mədəniyyətdə fəal iştirakı üçün imkanlar yaradıldı.
RİH başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi savadlı, vətənpərvər, rəqabətədavamlı və müasir düşüncəli gənclərin yetişdirilməsidir. Bu siyasət Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin müasir dövrdə davamı və inkişafıdır. Dövlət proqramları vasitəsilə gənclərin ölkə daxilində və xaricdə təhsil almasına şərait yaradılır, elm və innovasiyaya dəstək gücləndirilir. Gənclərin dövlət idarəçiliyində, ictimai təşkilatlarda və könüllülük hərəkatlarında iştirakı təşviq olunur.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm və mədəniyyət sahələrində xüsusi fəallıq göstərən, nailiyyətləri ilə seçilən bir qrup gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Çıxışçılar gəncləri qazanılan uğurlar münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışlar.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər