"Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli..." - Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...
01-02-2026 [21:33]
"Akif Nağıya gəlincə isə deyirəm ki, partiyasında 5-6 nəfər adam olan birisinin nə haqqı var ki, məni təhqir etsin. “Kostyum geyinib, özlərini kişi kimi göstərirlər. Amma anlamırlar ki, əsil kişi qadını sosial şəbəkədə söyməz. Bu adamlarda məndə olan mərdliyin heç bir faizi də yoxdur. Akif Nağı barəmdə təhqiramiz fikirlər səsləndirib. Belə çıxır ki, o evində də bu sözlərdən istifadə edir. Əks halda o cür kəlmələr onun dilinə yad olardı”.
Mia.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında teleaparıcı Səidə Bəkirqızı Azad Vətən Partiyasının sədri Akif Nağının sosial media hesabında onu təhqir etməsindən danışarkən deyib.
O bildirib ki, keçmiş məcburi köçkünlərlə bağlı mövzunun yenidən qızışmasına səbəb aparıcı Ulvira Qarayevaya verdiyi müsahibə olub.
Orada verdiyi açıqlama cəmiyyətdə yenidən müzakirə mövzusuna çevrilib və təhqirlərə yol açıb: “Mən həmin müsahibəni Ulvira Qarayevaya noyabr ayında vermişdim. Ulvira həmin verlişdə məcburi köçkünlər mövzusunu açıb, mənim üzərimdən özünə reytinq yığmaq istədi. Halbuki mən verilişə gələrkən çəkiliş öncəsi ondan xahiş etdim ki, bu mövzunu açmasın və bu haqda danışılmasın. O, bu xahişimə rəğmən yenə də məcburi köçkünlərlə bağlı sual verdi və mən cavablamaq məcburiyyətində qaldım. Hətta sonra da ona dedim ki, həmin hissəni çıxar. Bir də xəbər tutdum ki, Ulvira elə məhz həmin hisəni ayrıca video halında tirajlayıb.
O, anlamadı ki, mən həmin açıqlamada və ondan əvvəl də bütün məcburi köçkünləri nəzərdə tutmuram. Qarabağda ev verilməsinə rəğmən, vaxtı ilə girdiyi evlərdən çıxmayan məcburi köçkünləri nəzərdə tutmuşam. Onlara demişəm ki, Qarabağa qayıdın. Ümumiyyətlə, fikirlərim o adamlara təsir etdi ki, onun-bunun evinə girmişdi və Qarabağda ev verilsə də çıxmırdı.
Ulvira həmin verilişdə bu mövzunu yenidən qızışdırdı və özünə reytinq yığdı. Ondan sonra Akif Nağı kimi adamlar başladı məni təhqir etməyə. Halbuki, mən daim şəhid ailələrinin yanında olan, qazilərə öz cibindən dərman alan adamam. Bunu nə Ulvira, nə də Akif Nağı edib.
Akif Nağıya gəlincə isə deyirəm ki, partiyasında 5-6 nəfər adam olan birisinin nə haqqı var ki, məni təhqir etsin. Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli, elə dediyin sözlər sənə aiddir. Akif Nağı, sənin başqa işin yoxdur? İndi də sən üzərimdən reytinq yığırsan? İndi biz də çıxıb sənin haqqında bildiklərimizi danışaq?
Akif Nağı deyir ki, Səidə ermənidir. Onun özünü yoxlamaq lazımdır, emənilərlə qarışığı ola bilər. Deputat seçkilərində nə hoqqalar verirdiniz, hamıya məlumdur”.
Xatırladaq ki, Azad Vətən Partiyasının sədri Akif Nağı teleaparıcı və bloger Səidə Bəkirqızı haqqında sosial emdiada sərt status paylaşıb: "Səidə adında bir erməni... xeyli vaxtı ki , sosial şəbəkələri zəbt edib, məcburi köçkünlərin ünvanına iftiralar yağdırır. Hesab edirəm ki , o, ermənidi və erməni xüsusi xidmət orqanları tərəfindən azərbaycanlı adı ilə hazırlanıb, ölkəmizə göndərilib, ermənilər bu metoddan bizə qarşı həmişə istifadə ediblər ya da sonradan burada ələ alıblar, yəni "verbovka" ediblər. Onu ələ alanların məqsədi Azərbaycanda qarşıdurma və xaos yaratmaqdı.
Hər kəs bilir ki, məcburi köçkünlər bu dəqiqə ayaqyalın öz yurduna getməyə hazırdı, amma köç dövlət proqramı əsasında mərhələlərlə həyata keçirilir. Bunu bu ... da bilirir, amma bilərəkdən yalan danışır. Çünki o və züy tutanları həm erməni xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirir, həm də sosial şəbəkələrin qaydalarına uyğun olaraq yaxşı pul qazanırlar. Ona görə də hər kəsdən xahiş edirəm bu ... yazı və çıxışlarını açmayasınız, rəy yazmayasınız. Xüsusi xidmət orqanlarından isə xahiş edirəm bunun ermənilərlə əlaqələrini araşdırsınlar. Əminəm ki, dediklərim yerini alacaq".
Partiya sədrinin yazdığı statusda təhqir sayılan ifadələri ixtisar edib yerinə .. qoymağa məcbur olduq".
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər