Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
31-01-2026 [11:19]
Son illərdə Azərbaycan–Avropa İttifaqı münasibətlərində müşahidə olunan dinamika artıq taktiki yaxınlaşma deyil.
Bu, struktur və strateji yön dəyişikliyidir. Brüsseldə də, Bakıda da getdikcə daha açıq şəkildə qəbul edilən reallıq budur: Azərbaycan Cənubi Qafqazda Avropa üçün alternativsiz tərəfdaşa çevrilir. Bu yanaşma yalnız siyasi bəyanatlarda yox, Avropaya yaxın analitik platformaların dilində də açıq görünür.
EU Today bu reallığı birbaşa belə ifadə edir:
“This westward reorientation aligns with broader European interests, particularly regarding stability and prosperity in the EU’s neighbourhood.” (“Bu qərbə yönələn reorientasiya Avropanın daha geniş maraqları ilə uzlaşır, xüsusilə AB-nin həmsərhəd zonasında sabitlik və rifahla bağlı baxımdan.”)
Bu cümlə əslində Avropa İttifaqının rəsmi düşüncə xəttinin xülasəsidir. Söhbət simpatiyadan yox, maraqların üst-üstə düşməsindən gedir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və Rusiyadan asılılığın azaldılması kontekstində Azərbaycan artıq “şərq tərəfdaşı” yox, Avropanın strateji planlamasında mərkəzi aktordur.
Bununla yanaşı, Brüssel–Bakı münasibətlərinin problemsiz olduğu iddia edilmir. Əksinə, Avropaya yaxın mənbələr bu gərginliyi də gizlətmir:
“Brussels’s increasing engagement with Baku, however, has not been without friction. Baku’s diplomats have publicly criticised certain EU policy documents that appear to prioritise relations with Armenia in ways Baku perceives as skewed or ‘distorting post-conflict realities’.”
(“Bununla belə, Brüsselin Bakıya artan marağı gərginliksiz olmayıb. Baku diplomatları bəzi AB sənədlərini tənqid edib; bu sənədlər Ermənistanla münasibətləri prioritetləşdirir və Azərbaycanın fikrincə post-münaqişə reallıqlarını təhrif edir.”)
Bu sitat mühüm məqamı göstərir: Bakı münasibətləri birtərəfli asılılıq kimi yox, bərabərhüquqlu tərəfdaşlıq kimi görmək istəyir. Və bu tələb artıq Avropa diskursunda “problem” yox, nəzərə alınmalı siyasi fakt kimi qəbul olunur. Yəni Azərbaycan Avropa masasında kənar oyunçu deyil, şərt qoyan aktordur.
Ən vacib məqam isə sülh məsələsidir. Avropa üçün Azərbaycanla əməkdaşlıq təkcə enerji və ticarət deyil, eyni zamanda Cənubi Qafqazda yeni münaqişə risklərinin qarşısını alma mexanizmidir.
EU Today bunu da açıq yazır: “Constructive engagement with Azerbaijan can also help anchor the fragile peace in the South Caucasus by offering economic incentives that make conflict less appealing to revisit.”
(“Azərbaycanla konstruktiv əməkdaşlıq Cənubi Qafqazda həssas sülhü möhkəmləndirə bilər, çünki iqtisadi təşviqlər münaqişəyə qayıdışı daha az cəlbedici edir.”)
Bu yanaşma Avropa İttifaqının klassik strategiyasına tam uyğundur: təhlükəsizlik – iqtisadi inteqrasiya – siyasi sabitlik zənciri. Azərbaycan bu zəncirin əsas halqasına çevrildikcə, Brüsselin Bakını kənarda saxlamaq lüksü qalmır.
Nəticə aydındır. Bakı–Brüssel münasibətləri artıq seçim deyil, zərurətdir. Avropa üçün bu, Cənubi Qafqazda sabitlik və təsir deməkdir. Azərbaycan üçün isə Qərblə münasibətlərin emosiyadan çıxıb institusional səviyyəyə keçməsi. Məhz buna görə bu münasibətlər vazkeçilməz xarakter alır.
Elbəyi Həsənli. Sürix
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər