Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
28-01-2026 [13:05]
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub.
Mia.az xəbər verir ki, bu haqda elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
O qeyd edib ki, hazırda uşaqların tərbiyəsinə güclü təsir edən sistem sosial şəbəkələrdir: “Bu, eyni zamanda uşaqların təhsilinə də təsir edir. Bununla bağlı bir sıra qadağalar və məhdudiyyətlər olmalıdır. Bilmək istərdim ki, bu məsələyə Milli Məclisdə baxılırmı? Avstraliyada ilk dəfə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkədən istifadəsi ilə bağlı belə qadağa qoyulub. Buna İngiltərə və İspaniya da hazırlaşır”.
Bu məsələyə Ombudsman Səbinə Əliyeva da münasibətini bildirib: “Çox vacib bir məsələyə toxundunuz. Mən də öz növbəmdə demək istərdim, unutmamalıyıq ki, süni intellekt insan hüquqlarına ən böyük təhdiddir. Bu məsələlərə ciddi yanaşmalıyıq. Xüsusilə də uşaqlar arasında pis vərdişlərin yayılması... Mənim tərəfimdən hazırlanmış hesabatda “Roblox” adlı oyunla bağlı məsələ öz əksini tapıb. İstərdim ki, bunun qarşısı ciddi şəkildə alınsın”.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradova əlavə edib ki, “Roblox”a müraciət ünvanlanıb: “Komitə olaraq biz “Roblox” korporasiyasına rəsmi müraciət ünvanlamışıq. Bildiyiniz kimi, bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər.
Rəsmi müraciətimizdə iradlarımızı bildirmişik və onların nəzərə alınmasını tələb etmişik. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, bu yolu seçəcəyik. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik. Hesab edirəm ki, təkcə uşaqların deyil, ümumilikdə vətəndaşların sosial şəbəkələrdə davranışı məsələsi də bizi ciddi addımlar atmağa vadar edir. Təəssüf ki, bəzən yalnız uşaqlar və gənclər deyil, yetkin yaşlı-başlı adamlar belə etik normaları və dəyərləri pozan davranışlar sərgiləyirlər”.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər