İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
27-01-2026 [14:25]
İsrail və İran yenidən aktivləşib. Bu aktivliyin mərkəzində isə yenə ölkəmiz var.
Maraqlıdır ki, öncə 23 yanvar tarixində İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdü.
Yanvarın 26-da isə İsrailin xarici işlər naziri Gideon Saar Bakıya gəldi. Nazir səfər çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü.
Mövcud proseslər fonunda hər iki səfər diqqət çəkir, lakin təəccüblü deyil. Məsələ ondadır ki, İran və İsrail arasında gərginlik artdığı zamanlarda hər iki ölkədən yüksək səviyyəli rəsmilər ardıcıl şəkildə Azərbaycana səfər edirlər. Məlum olduğu kimi, hazırda İran ətrafında xüsusi bir gərginlik var. ABŞ hərbi qüvvələrini Yaxın Şərqdə cəmləşdirib və kontingentin sayını artırır.
Əvvəllər də qeyd etdiyim kimi, Vaşinqtonun İrana birbaşa müdaxilə etmək və ya Tehranla total müharibəyə girmək istədiyini düşünmürəm. Bu, həm xərcli, həm də uzunmüddətli bir müharibə ilə nəticələnər. Ən pis halda isə ABŞ ikinci bir Əfqanıstan ssenarisi ilə üzləşə bilər. İsrail isə açıq şəkildə İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini istəyir. Təl-Əviv Tehrandakı rejim devrilmədən və ən əsası, İran parçalanmadan geri addım atmaq niyyətində deyil. İran isə ehtimal olunan müdaxiləyə hazırlaşır. Burada söhbət təkcə daxili hazırlıqdan deyil, həm də qonşu ölkələrin mövqeyindən gedir.
Azərbaycan yerləşdiyi geostrateji mövqeyinə görə hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Lakin İsrail və İranın Bakıya baxışı və gözləntiləri kəskin şəkildə fərqlənir. Məsələn, Təl-Əviv diplomatik yollarla Bakının “nəbzini yoxlayır”.
Gideon Saar Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib: “İranda mövcud rejim tərəfindən öz insanları qırılır. Onlardan digər ölkələrə qarşı necə münasibət gözləmək olar?! Heç vaxt imkan vermək olmaz ki, kütləvi qırğın silahı onların əlində olsun”.
Təl-Əviv əsas narahatlığının İranın nüvə silahı əldə etməsi olduğunu ifadə edərək bu ölkəyə müdaxilənin vacibliyini vurğulayır. Eyni zamanda İranda baş verən hadisələri, xüsusilə mülki şəxslərə qarşı yol verilən sərt davranışları qəbuledilməz sayır. Aydın məsələdir ki, Gideon Saar “İran vətəndaşları” desə də, burada həm də Güney azərbaycanlıları nəzərdə tutaraq Bakının həssas nöqtələrinə toxunmaq istəyir. Lakin bütün hallarda Təl-Əviv Bakını nəyəsə məcbur etməyə də çalışmır.
Məsələn, Gideon Saarın səfəri çərçivəsində Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumunun imzalanması, iki ölkə arasında iqtisadi əlaqələrin həcminin 360 milyon dolları ötdüyünün vurğulanması və digər detallar səfərin mahiyyət etibarilə ikitərəfli münasibətlərə töhfə xarakteri daşıdığı mesajını verməyə hesablanmışdı. Əslində isə istisna deyil ki, bu səfər Bakının İrana ehtimal olunan müdaxilə ilə bağlı mövqeyinin və “nəbzinin” yoxlanılması məqsədi daşıyırdı.
Vahid Cəlalzadənin səfərinə baxdıqda isə daha fərqli detallar ortaya çıxır. Məsələn, o, Ceyhun Bayramovla görüş zamanı İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. Bu, mühüm detal idi. Çünki Tehran hər nə qədər məsələni daxili işi kimi təqdim etsə də, Bakının İrandakı soydaşların vəziyyətindən narahat olduğunu yaxşı bilir. Elə buna görə də mövcud durumla bağlı məlumat verməyə ehtiyac duyur.
Ceyhun Bayramovun isə öz növbəsində İranda sabitliyin önəmli olduğunu vurğulaması Bakının proseslərə yanaşmasının aydın ifadəsidir. Bəli, Azərbaycan soydaşların vəziyyətindən narahatdır, lakin Tehranın daxili işlərinə qarışmır və İranda sabitliyin qorunmasında maraqlıdır.
Lakin Vahid Cəlalzadənin Bakıda, Azərbaycan xarici işlər naziri ilə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” mesajı yersiz idi. Xüsusilə bu mesajın Bakıda verilməsi Tehranın ənənəvi hədə-qorxu ritorikasının davamı kimi qiymətləndirilə bilər.
Hər iki səfəri və Bakının verdiyi mesajları təhlil etdikdə ortaya çıxan nəticə əslində aydındır. Azərbaycan nə İranda gərginliyin artmasını, nə də İrana hərbi müdaxiləni istəyir. Bakı hər iki ssenarinin yaradacağı ortaq təhdidləri çox yaxşı anlayır. Şübhəsiz ki, ölkəmizi ən çox narahat edən məsələlərdən biri Güney azərbaycanlıların şimala mümkün axını və bunun yaradacağı iqtisadi və demoqrafik problemlərdir. Digər tərəfdən, Güney azərbaycanlıların İranda yaşaması Bakının əlində hər zaman pərdəarxası təzyiq elementi olaraq qalacaq.
Bu mənada nə İsrailin qapalı qapılar arxasında verdiyi ehtimal vədlər Bakını şirnikləndirir, nə də İranın hədə ritorikası qorxudur. Azərbaycan İsrail və İran arasında balansı qorumaqda qərarlıdır. Bu, həm ölkəmizin milli təhlükəsizliyi, həm regional sülh, həm də gələcək perspektiv planların davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
Turan Rzayev
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər