"Nə oldu Mehriban Ələkbərzadə?!" - Əməkdar artistdən ixtisarlara maraqlı reaksiya
27-01-2026 [13:00]
"Əziz tamaşaçılar, nəhayət ki, teatr sahəsində baş verən problemləri uzun müddətdir ictimailəşdirdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən qərar qəbul edilərək dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi vəzifələr ləğv edildi".
Mia.az xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova deyib.
Onun sözlərinə görə, bu addımın əsas məqsədi teatr sahəsində illərdir mövcud olan idarəetmə problemlərinin aradan qaldırılmasıdır: "Xüsusilə Mehriban Ələkbərzadənin fəaliyyəti dövründə kollektivlə münasibətlər, yaradıcılıq mühiti və digər məsələlərlə bağlı ciddi narazılıqlar yaranmışdı. Nəticə etibarilə sistem dəyişdirildi və o, vəzifəsindən azad olundu. Əgər vaxtında öz xoşu ilə ərizə yazaraq getsəydi, bu qərar digər əməkdaşların işinə və çörəyinə təsir etməzdi. Mədəniyyət Nazirliyi tərəfindən verilən bu qərarı oxuyarkən Cənab Prezidentimizin müharibə dönəmində Paşinyana səslənərək dediyi sözlər yada düşür: “Nə oldu, Paşinyan? Yol çəkirdin Cəbrayıla, rəqs edirdin… Nə oldu bəs status? Cəhənnəmə getdi status, gorbagor oldu. Yoxdur status və olmayacaq!”
İndi isə demək istəyirəm: nə oldu Mehriban Ələkbərzadə? Teatrın içində islahatlar keçirəcəkdin? Bu yolda əlini daşın altına qoymuşdun, lazım gəlsə başını da qoyacaqdın… Sənin hegemonluğuna qarşı çıxanlar haqqında “nə edəcəklər ki, boyları qədər hoppanacaqlar” söyləyirdin. İndi gördün, nəyin ki, boyumuz, hətta səsimiz hara qədər çatır...
Daşıdığın bədii rəhbər, baş rejissor statusu gorbagor oldu. Bir daha sübut olundu ki, vəzifə beş günlükdür. Ən əsası isə odur ki, vəzifə insanı yüksəltmir... Əksinə, daşıdığı xarakterini və iç dünyasını açıb ortaya qoyaraq kim olduğunu göstərir.
Mən heç zaman vəzifədən gedən insanın arxasınca danışmağı özümə yaraşdırmamışam. Kimə sözüm olubsa, vəzifədə olduğu dönəmdə demişəm. Çünki vəzifədən gedəndən sonra həmin insanın arxasınca şirə dönənləri sevmirəm. Bu səbəbdən sən vəzifədə olduğun müddətdə bütün sözlərimi yetərincə demişəm. Bundan sonra isə mənim üçün bitmisən! Və narahat olma, hamıya məlumdur ki, rəfiqən səni havada qoymayacaq, mütləq hansısa bir yerə yerləşdirəcək...
Bədii rəhbər olduğun dönəmdə ən böyük “yeniliyin” olaraq səhnəyə dəvə gətirməyini heç vaxt unutmayacağıq. Aygün Kazımovanın mahnısı ilə səni yola salırıq: “Sağ-salamat!”".
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər