Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
27-01-2026 [12:21]
Albaniya Baş naziri Edi Rama Tel-Əvivə səfəri çərçivəsndə İsrail parlamentində tarixi çıxışıa imza atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir Edi Rama İsrail parlamentindəki çıxışında Türkiyənin də Qəzzada gələcək beynəlxalq sabitləşdirmə qüvvələrində iştirak etməsinin vaciblyinə toxunub, İranı "yıxıb-sürüyüb", HƏMAS-ı günahkar sayıb, bölgədə sülhə diqqət çəkib.
Çıxışına 1977-ci ildə Knessetdə keçmiş Misir prezidenti Ənvər Sadatın tarixi çıxışından sitat gətirməklə başlayan Rama deyib: "Həm ərəb torpaqlarında, həm də İsraildə hamımız üçün sülh olsun!"
Albaniyanın İkinci Dünya Müharibəsi zamanı yəhudiləri qoruduğunu xatırladan Rama bildirib ki, bu gün 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü burada çıxış etmək fəxrdir: "İkinci Dünya Müharbəsi vaxtı müsəlman və xristian albanlar bir yəhudi qonşusunu belə, faşistlərə təslim etmədilər. Onlar soyqırımın qarşısını almaq üçün öz həyatlarını təhlükəyə atdı. İndisə ölkəmiz hazırda minlərlə İran vətəndaşına qoruma altına alıb. Biz bu şəxslərin Tehran rejiminə qarşı olduqları üçün böyük təhlükə altında olduğunu bilirik, onları qorumağa çalşırıq. Bu səbəbdən Albaniya İrandan qaynaqlanan böyük bir kiberhücuma məruz qaldı. Ancaq geri çəkilmədik. Üstəlk, İran səfirliyinin işçilərinə ölkəni tərk etmək üçün 24 saat vaxt verdik. Onları qovduq ölkəmizdən. Bununla da biz Xomeyni Respublikası ilə bu incə əlaqələri kəsdik. Mən İranı heç vaxt "İslam Respublikası" adlandırmayacağam. Çünki İslam sevgi, hörmət və təvazökarlıqdır, Xomeynizm isə nifrət və ölümdür."
Daha sonra Qəzza zolağı ilə bağlı danışan Baş nazir buradakı vəziyyətə görə, HƏMAS-ı günahlandırıb. O bildirib ki, Albaniya İsrail, ərəb ölkələri və Türkiyə ilə sıx münasibətləri Qəzzanın gələcəyi üçün də dərinləşdirmək istəyir: "Burada Türkiyə ilə bağlı xüsusi paraqraf açmaq istəyirəm. Biz Türkiyə ilə hər sahədə olduğu kimi, bu məsələdə də münasibətləri dərinləşdirməyi hədəfləyirik. Biz ərəb, türk və digər qardaşlarımızla birlikdə Qəzzada gələcək beynəlxalq sabitləşdirmə qüvvələrində iştirak etmək əzmindəyik".
Ramanın Qəzzadakı faciəyə görə HƏMAS-ı günahlandırması barədə sözləri həmin an parlamentdəki azlıqda olan ərəb deputatları qəzəbləndirib. Onlar zalı tərk etməklə çxışı boykot etsələr də, Baş nazir çıxışını İsrailin keçmiş baş naziri İshaq Rabinin sözləri ilə bitib: "Sülhə şans verin!".
Tahir
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər