Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
27-01-2026 [12:01]
Ərdoğanla Qərb arasındakı gərginlik çox vaxt demokratiya və insan haqları dili ilə izah edilir, amma bu, məsələnin yalnız üz qabığıdır. Əsl problem ondan ibarətdir ki, Türkiyə artıq itaət edən periferik aktor rolundan çıxıb və Qərbin diktə etdiyi normativ çərçivəni qəbul etməyən yeni bir dövlət modeli ortaya qoyub.
Ərdoğanla Qərb arasındakı qarşıdurmanı hələ də Türkiyədə keçirilmiş son prezident seçkisinin emosional fonu ilə izah etməyə çalışanlar var. Guya problem seçki öncəsi ritorika idi və nəticələr elan olunduqdan sonra gərginlik azalacaqdı. Bu, reallıqdan qaçmaqdır. Prezident seçkisi ərəfəsində Qərb-Ərdoğan münasibətləri necə idisə, bu gün də mahiyyət etibarilə eynidir. Üslub dəyişə bilər, diplomatik dil yumşala bilər, amma strateji narahatlıq olduğu kimi qalır. Çünki məsələ nə bir seçkidir, nə də bir siyasi mərhələ. Məsələ Türkiyənin hansı yola çıxdığıdır.
Qərb mediası iddia edir ki, onun Türkiyə ilə problemi demokratiya, insan haqları və institutlardır. Amma bu iddia artıq inandırıcılığını itirib. Çünki eyni Qərb daha ağır, daha sərt, daha qəddar avtoritar rejimlərlə problemsiz işləyir, onlarla iqtisadi və təhlükəsizlik tərəfdaşlığı qurur və hətta onları sabitlik amili kimi təqdim edir. Deməli, problem avtoritarlıq deyil. Problem Ərdoğandır. Daha dəqiq desək, Ərdoğanın təmsil etdiyi Türkiyə modelidir. Bu yazı bir sualın cavabını axtarır: niyə Qərb Ərdoğanın getməsini bu qədər israrla arzulayır və niyə CHP-ni Türkiyə üçün normal gələcək kimi təqdim edir. Cavab siyasətdə deyil. Cavab sivilizasion müstəvidədir.
Qərb mediasının dili diqqətlə oxunanda ortaq bir çərçivə açıq görünür. Türkiyə “yoldan çıxıb”. Yəni Qərbin çəkdiyi trayektoriyadan kənara çıxıb. Bunu ən açıq şəkildə The Economist yazır: “Turkey under Erdogan has drifted far from Western norms.” (“Ərdoğan dövründə Türkiyə Qərb normalarından xeyli uzaqlaşıb.”)
Buradakı açar anlayış “Western norms”dur. Ölçü Türkiyənin milli maraqları, təhlükəsizlik ehtiyacları və tarixi iddiaları deyil. Ölçü Qərbin normativ rahatlığıdır. Eyni nəşr Ərdoğan hakimiyyətini belə xarakterizə edir: “Erdogan has turned Turkey into a personalist regime.” (“Ərdoğan Türkiyəni şəxsi idarə olunan rejimə çevirib.”) Bu cümlədə problem sistem deyil, liderin özüdür. Mesaj sadədir: lider getsə, problem də bitəcək.
Financial Times Türkiyəni tez-tez “awkward ally” adlandırır. (“Narahat, uyğunsuz müttəfiq.” ) Diplomatik dildə bu, əmrləri avtomatik yerinə yetirməyən, xəttə oturmayan, öz marağına görə qərar verən aktor deməkdir. Eyni qəzet daha da irəli gedir və yazır: “Western capitals are preparing for a post-Erdogan Turkey.” (“Qərb paytaxtları artıq Ərdoğandan sonrakı Türkiyəyə hazırlaşır.”) Bu artıq analiz deyil. Bu, seçkini, xalq iradəsini və suverenliyi kənara qoyan siyasi arzu formasıdır. Sual “seçki necə olacaq?” deyil. Sual “Ərdoğandan sonra nə edəcəyik?”dir.
Ərdoğan dövründə Türkiyə NATO üzvü olaraq qalır, amma avtomatik itaət etmir. Rusiya ilə rəqibdir, amma dialoqu kəsmir. ABŞ-la açıq mübahisə edir, amma körpüləri yandırmır. Özünü Qərbin ucqarı kimi yox, müstəqil güc mərkəzi kimi aparır. Məhz bu davranış Qərb üçün qəbuledilməzdir. Le Monde bunu açıq şəkildə etiraf edir: “Erdogan embodies Turkey’s refusal to be a subordinate power.” (“Ərdoğan Türkiyənin tabe güc olmağı rədd etməsini təcəssüm etdirir.”) Bu cümlə hər şeyi izah edir. Problem demokratiya deyil. Problem itaətsizlikdir. Bu, siyasi problem yox, sivilizasion üsyandır.
Burada mühüm bir məqam da var. Baxmayaraq ki, Donald Tramp ilə Rəcəb Tayyib Ərdoğan arasında şəxsi münasibətlər açıq şəkildə isti olub, Tramp dəfələrlə Ərdoğanı güclü lider və çətin bölgədə balans qura bilən siyasətçi kimi tərifləyib, bu, Qərbin ümumi mövqeyini dəyişməyib. Tramp–Ərdoğan münasibəti istisnadır, qayda deyil. Transatlantik siyasi elita Ərdoğana struktur problem kimi baxır.
Çünki Ərdoğan Türkiyəni passiv, periferik, tarixi iddiasız NATO əlavəsi kimi görmür. O, Türkiyəni tarixi yaddaşı olan, Osmanlı mirasını nostalji yox, siyasi şüur kimi daşıyan, regional və sivilizasion mərkəz olmaq istəyən dövlət kimi təqdim edir. Qərbin “neo-Osmanlı” adlandırdığı şey əslində imperiya romantikası deyil. Bu, sivilizasion iddiadır. Və məhz bu iddia Qərbi narahat edir.
Bu səbəbdən Qərb mediası CHP-ni inqilabi qüvvə kimi deyil, bərpaedici mexanizm kimi təqdim edir. Məqsəd Türkiyəni dəyişmək deyil. Məqsəd Türkiyəni əvvəlki halına qaytarmaqdır. The New York Times bunu açıq yazır: (“Turkey’s opposition promises a return to democratic norms and repaired relations with the West.” ) (“Türkiyənin müxalifəti demokratik normalara dönüş və Qərblə münasibətlərin bərpasını vəd edir.” ) “Return” (dönmək) və “repair” (təmir, burada bərpa etmək anlamında) sözləri təsadüfi deyil. Bu, gələcək layihəsi yox, geriyə dönüş planıdır.
Politico isə diplomatik maskanı tam çıxarır: (“Western diplomats quietly hope Turkey’s opposition can reset Ankara’s foreign policy.” ) (“Qərb diplomatları səssizcə ümid edirlər ki, Türkiyə müxalifəti Ankaranın xarici siyasətini sıfırlaya biləcək.”) Bu cümlədə demokratiya sözü yoxdur. Burada açıq şəkildə xarici siyasətin sıfırlanmasından danışılır.
Bu qarşıdurma nə Gezi hadisələri ilə başlayıb, nə də bir seçki ilə bitəcək. Bu, Türkiyənin özünü necə gördüyü ilə Qərbin Türkiyəni necə görmək istəməsi arasındakı dərin və uzunmüddətli toqquşmadır. Qərb üçün ideal Türkiyə sakit, proqnozlaşdırılan, ideoloji iddiasız və periferik aktordur. Ərdoğanın Türkiyəsi isə səsli, iddialı, tarixi yaddaşlı və mərkəz olmaq istəyən Türkiyədir.
Qərb bu arzusunu demokratiya dili ilə örtür. Amma bu dil seçicidir və riyakardır. Əgər problem həqiqətən demokratiya olsaydı, müzakirə liderin siyasi xətti yox, seçki mexanizminin özü olardı. Halbuki əsas narahatlıq Türkiyənin istiqamətidir.
Nəticə etibarilə Qərb Ərdoğanı yox, presedenti istəmir. Ərdoğan təhlükə deyil. Ərdoğan nümunədir. O nümunə göstərir ki, NATO üzvü olub müstəqil olmaq mümkündür. Qərb institutlarının içində yer alıb Qərbə tabe olmamaq mümkündür. Sivilizasion iddia ilə siyasət aparmaq mümkündür. Qərb məhz bunu istəmir.
Bu, demokratiya ilə avtoritarizm arasında mübarizə deyil. Bu, itaət ilə suverenlik arasında sivilizasion toqquşmadır. Və bu toqquşma seçkilərlə bitmir, liderlərlə məhdudlaşmır, zamanla da aradan qalxmır.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər