Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
26-01-2026 [09:15]
Yeni binalarda internet provayderləri ilə bağlı bir sıra şikayətlər mövcuddur. Mənzil sahibləri bildirirlər ki, yalnız MTK-nın əvvəlcədən müəyyən etdiyi şirkətlər xidmət göstərə bilir.
MTK isə adətən yalnız bir internet provayderi ilə müqavilə bağlayır, digər provayderlərin binaya daxil olmasına icazə verilmir. Nəticədə sakinlər faktiki olaraq seçim hüququndan məhrum olurlar.
Bəs bu məsələyə hüquqi yanaşma necədir?
Mia.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Arzu Əliyevanın sözlərinə görə, MTK bu işlərə qarışmalı deyil, hər bir sakinin öz seçim hüququ var: “Mənzili üçün hansı provayderi istəyirsə, onunla əlaqə saxlayıb, müqavilə bağlaya bilər. MTK belə etməklə insanların hüquqlarını məhdudlaşdırır. Vətəndaşlar etiraz etməlidirlər. MTK-dan şikayət verməlidirlər. İstənilən provayderə MTK icazə vermirsə, vətəndaşın hüquqlarını məhdudlaşdırdığı barədə şikayət edilə bilər, hərçənd ki, MTK-nın ümumiyyətlə belə bir səlahiyyəti yoxdur”.
A.Əliyeva bildirib ki, məhz bu səbəbdən yeni Mənzil Məcəlləsində məhəllə komitələrinin yaradılması nəzərdə tutulur: “Bu komitələr məhəllə daxilində yaranan məsələlərin həlli ilə məşğul olmalıdır və MTK-nın buna qarışmağa ixtiyarı yoxdur. İstər kommunal haqlarının ödənilməsi, istər mənzilə buraxılan istilik sistemi, istərsə də liftlərlə bağlı problemlər məhəllə komitələri tərəfindən həll edilməlidir. Nə qədər nəzərdə tutulan məhəllə komitələri mövcud deyil, yaradılmayıb MTK-lar belə problemlər yaradırlar. MTK tərəfindən provayderlərlə bağlanan, vətəndaşın hüququnu məhdudlaşdıran müqavilə etibarsızdır, qanunsuzdur və vətəndaş şikayət edə bilər”.
A.Əliyeva əlavə edib ki, maneənin hansı qaydada və kim tərəfindən yaradıldığı mütləq şəkildə aydınlaşdırılmalıdır: “Məsələn, hansısa komendant internet xəttinin çəkilməsinə icazə vermirsə, bu halda vətəndaşın həmin hərəkətə görə polisə müraciət etmək hüququ var. Bildirilirsə ki, icazəni MTK vermir, bu zaman MTK-ya qarşı məhkəmədə iddia qaldırmaq mümkündür. Bu səbəbdən hər bir halda maneə yaradan şəxs və ya qurum dəqiqləşdirilməlidir. İcazə verməyən adi komendantdır, yoxsa MTK? Bu suala cavab aldıqdan sonra müvafiq instansiyalara müraciət edilə bilər. Məsələ inzibati qaydada həll olunmursa və MTK-nın bu istiqamətdə hansısa qərarı və ya provayderlə razılaşması mövcuddursa, həmin müqaviləni əldə edərək məhkəmədə mübahisələndirmək olar. Çünki bu cür müqavilələr vətəndaşın hüquqlarını məhdudlaşdıran sənəd kimi qiymətləndirilə bilər”.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər