Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
25-01-2026 [15:51]
22-25 yanvar tarixlərində Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən Rumıniya, Moldova, Ukrayna və Albaniya hüquq parlament komissiyalarının İllik Üçüncü Forumunda xüsusi qonaq qismində Azərbaycan tərəfi iştirak edib. Bu il tədbir “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi” mövzusuna həsr olunub.
Mia.az xəbər verir ki, tədbir çərçivəsində 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar ölkəmizin memarlığına həsr edilmiş fotosərgi təşkil olunub. Sərgilənən fotoşəkillərdə Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin şəhər mühitinin və memarlıq mənzərəsinin dinamik inkişafı, müasir urbanistik transformasiyaların nümunələri əks olunub. Eyni zamanda, sərgilənən fotoşəkillərdə Azərbaycanda mövcud olan mina probleminə diqqət yetirilib.
Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniya parlamentlərinin deputatları və senatorları, Rumıniyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edib.
Sərginin açılışında çıxış edən səfir Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında münasibətlərdən söz açıb, iki ölkə arasında həyata keçirilən layihələr, nəzərdə tutulan qarşılıqlı səfərlər və tədbirlər barədə danışıb.
Səfir 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, bu ilin may ayında BMT-in Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçiriləcəyini söyləyərək, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin regionda əməkdaşlığın möhkəmləndirilməsində və ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə diqqət çəkərək, ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində regionda formalaşmış sülh və sabitliyin beynəlxalq əhəmiyyətli logistika və nəqliyyat layihələrinin reallaşdırılması üçün əlverişli və etibarlı şərait yaratdığını qeyd edib.
Sərginin açılışında Rumıniyalı senator, iqtidar Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədrinin müavini, Rumıniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş çıxış edib.
O, Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə toxunaraq, ötən ilin avqust ayında Azərbaycana, xüsusilə Qarabağ bölgəsində Xankəndi və Şuşa şəhərlərinə həyata keçirdiyi səfəri xatırlayıb.
Senator Qarabağda şahidi olduğu genişmiqyaslı tikinti-quruculuq işlərindən, bölgədə aparılan hərtərəfli inkişaf prosesindən bəhs edib, Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyat layihələri çərçivəsində aparıcı rolunu xüsusi vurğulayıb.
Təqdim olunan sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər