500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
23-01-2026 [17:53]
Sankt-Peterburq Dövlət Universitetində İlham Rəhimovun - universitetin fəxri doktoru, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü və Prezident Vladimir Putinin sinif yoldaşının büstü açılıb. Büstün açılışı onun 75 illik yubileyi ilə üst-üstə düşüb. Abidə Rəhimovun sağlığında ucaldılsa da, o özü mərasimdə iştirak etməyib”.
“AzPolitika” xəbər verir ki, “The Moscow Times” nəşrində dərc edilən məqalədə belə deyilir.
Yazida qeyd olunur ki, universitetin rektoru Nikolay Kropaçev Rəhimovun xidmətlərindən danışıb. O deyib ki, belə yüksək qiymətləndirilmə almaq üçün "görkəmli alim" və ya sadəcə, universitet məzunu olmaq kifayət deyil: "Vətənin rifahı naminə də daxil olmaqla, çox və daim iş görmək lazımdır".
Rektor söhbətin hansı Vətəndən getdiyini açıqlamayıb, amma təbii ki, böyük ehtimalla söhbət Rusiyadan gedir…

Daha sonra nəşr “Putin İlham” kimi tanınan Rəhimovun Rusiyada, Putinin yaxın ətrafında oynadığı roldan yazıb: “Korrupsiyaya Qarşı Mübarizə Fondunun (Aleksey Navalnının yaratdığı fond-red.) məlumatına görə, Rəhimov Prezidentin (Putinin-red.) digər iki sinif yoldaşı Nikolay Yeqorov və Viktor Xmarin ilə birlikdə Gelencik yaxınlığında "Putin sarayı"nın tikintisinin maliyyələşdirilməsində iştirak edib. Onların "Investment Solutions" şirkəti layihəyə ümumilikdə 7 milyard rubl xərcləyib. Rəhimov Azərbaycanda anadan olub. O, 19 yaşında Sankt-Peterburq Dövlət Universitetinə (o vaxtkı Leninqrad Dövlət Universiteti) daxil olub. 1975-ci ildə məzun olduqdan bir müddət sonra Rəhimov Azərbaycana qayıdıb və orada Ədliyyə Nazirliyində karyerasını davam etdirib. 1999-cu ildə Putin Rusiyanın Baş naziri təyin edildikdən sonra bizneslə məşğul olmağa başlayıb.
Hələ 2014-cü ildə “Forbes” Rəhimovun sərvətini 500 milyon dollar qiymətləndirib. Onun əsas gəliri “Sadovod” bazarındakı, “Ukrayna” Otelindəki, “Evropeyski” və “Panorama” ticarət mərkəzlərindəki paylarından gəlib. Rəhimov özü 2010-cu ildə verdiyi müsahibədə Putinlə "40 ildir dost" olduqlarını və düşmənlərinin bu münasibətin paxıllığını çəkdiyini bildirib. 17.700 kvadratmetrlik "Putin Sarayı" Qara dəniz sahilində, Krasnodar diyarında Gelencikdən 20 km məsafədə yerləşir. Siyasətçi Aleksey Navalnının araşdırmasına görə, binaya restoran kompleksi, vertolyot meydançası, buz meydançası, kilsə, amfiteatr, qonaq evi, yanacaqdoldurma məntəqəsi və 80 metrlik körpü daxildir.
Binada üzgüçülük hovuzu, akva diskoteka, spa, saunalar, türk hamamları, ət və balıq emalı, tərəvəz və desert mağazaları, terapevtik palçıq anbarı, oxu zalı, musiqi salonu, qəlyan salonu, teatr və kinoteatr, şərab zirzəmisi və kazino var. Sarayın üzərində uçuşa qadağa zonası yaradılıb və ona bitişik 7000 hektar ərazi FSB-yə məxsusdur.
Korrupsiyaya Qarşı Mübarizə Fondu sarayın tikinti xərclərini 100 milyard rubl (2021-ci ilin yanvar ayı üçün 1,1 milyard avro) qiymətləndirib. Putin özü bu saraya sahib olduğunu inkar edib, onun dostu Arkadi Rotenberq isə bu mülkün sahibi olduğunu iddia edib. Milyarder bildirib ki, o, iqamətgahı bir neçə il əvvəl alıb və onu otelə çevirmək niyyətindədir. O vaxtdan bəri bu planların həyata keçirilməsi barədə heç nə eşidilməyib. Lakin sarayı Putinin təhlükəsizliyinə cavabdeh olan Federal Mühafizə Xidmətinin əməkdaşları mühafizə edir”.
İlham Rəhimovun büstü mövzusuna digər Rusiya media orqanları da toxunublar və əksər hallarda bu, Putin və onun ətrafının korrupsiya əməlləri kontekstində şərh edilib.
Onu da qeyd edək ki, İlham Rəhimov zatən Putinə və Rusiyaya bağlılığını inkar etmir. Xüsusilə də son zamanlar Rəhimova yaxın “politoloqlar”ın Azərbaycan kanallarında və mediasında Putin Rusiyasının Ukraynaya qarşı işğalına, ümumilikdə Kremlin öz qonşularına qarşı apardığı aqressiv, imperiyaçı xarici siyasətə haqq qazandırmasına rast gəlinib/Azpolitka.
Xatırladaq ki, İlham Rəhimov Azərbaycanda müğənni Ruhi ilə evlənib.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər