“Azəri” sözü niyə problem deyil, problemdir deyənlərə cavab... - TƏHLİL
23-01-2026 [14:57]
Azərbaycanda “Azəri” sözü ətrafında yenidən mübahisə açılıb. Milli Məclisin İnsan hüquqları komitəsində deputat Səyyad Aran “Azəriqaz” adına etiraz edib və iddia edib ki, “Azəri” sözü bizə aid deyil, guya İranda yaşayan ayrıca bir etnik qrupu ifadə edir. Bu arqumentlə “Azəri” sözündən imtina təklif olunur.
Eyni iclasda deputat Hikmət Babaoğlu bu yanaşmaya açıq etiraz edib və çox vacib bir həqiqəti xatırladıb: İranda “Azəri” adlı ayrıca, fars köklü etnik qrup yoxdur. Öz tərəfimdən onu da deyim ki, “Azəri”nin guya İranda fars mənşəli ayrıca etnik qrup olması iddiası elmi və etnoqrafik faktlara söykənmir. Bu, illərdir dövriyyədə gəzən, amma heç bir ciddi akademik mənbədə təsdiqlənməyən bir mifdir. Orada yaşayan “azərilər” Hikmət bəyin dediyi kimi, elə bizik-yəni azərbaycanlı türklər.
Bu detal önəmlidir. Çünki məsələ təkcə termin yox, kimlik siyasətidir. Və diqqət edin: bu mübahisə iqtidar partiyasının – YAP-ın – daxilində gedir. Yəni mövzu birmənalı deyil, “rəsmi həqiqət” yoxdur.
Mənim bu müzakirəyə münasibətim şəxsi təcrübədən də keçir. Yazılarımın birində “azəri” sözünü işlətdiyim üçün bir dostum – hörmətli professor – məhz Səyyad Aranın arqumentinə söykənərək mənə etiraz etdi. Yəni bu fikir artıq təkcə parlamentdə yox, intellektual çevrələrdə də dövr edir.
Mən bu etiraza qatılmıram.
Birincisi, “Azəri” sözü “Azərbaycan” sözünün kökündür. Bu məntiqlə gediriksə, onda “Azərbaycan” sözünün özünü də şübhə altına almalıyıq. Bu isə absurddur.
İkincisi, “azərbaycanlı” anlayışı bizi birləşdirir. Biz Ermənistan kimi monoetnik dövlət deyilik. Bu ölkədə talış da var, ləzgi də var, avar da var, yəhudi də var. “Türk” etnik kimlikdir, “azərbaycanlı” isə siyasi-milli kimlikdir. Dövlət dili, vətəndaşlıq və ortaq taleyin adı “azərbaycanlı”dır. Bizi birləşdirən anlayışdan imtina etmək siyasi baxımdan yolverilməz və təhlükəlidir.
Üçüncüsü və ən vacibi:
Tarix göstərir ki, sözlər mənşəyinə görə yox, yüklənən məna ilə yaşayır.
Baxın, “Turan” sözü fars mənşəlidir. Bunu hər kəs bilir. Amma bu gün fars ideoloji düşüncəsi bu sözdən işıqdan qorxan yarasa kimi qorxur. Niyə? Çünki türklər bu sözə elə bir məna, elə bir siyasi və mədəni əzəmət yükləyiblər ki, artıq söz onların nəzarətindən çıxıb.
Deməli, problem sözün haradan gəlməsi deyil.
Problem sözün kimə xidmət etməsidir.
Eyni yanaşma “Azəri” sözünə də tətbiq olunmalıdır. Bu sözü ya komplekslə kənara atacağıq, ya da ona elə bir məna, elə bir siyasi çəkı verəcəyik ki, heç kim onu ora-bura yozmağa cəsarət etməyəcək.
Sözlərdən qaçmaq yox, sözləri özümüzünküləşdirmək lazımdır.
“Azəri” sözü bizimdir. “Azərbaycanlı” sözü bizi birləşdirir. Bunlardan imtina etmək doğru deyil, özümüzə və öz sözümüzə inanmalıyıq...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər