İran - Azərbaycan müharibəsi: “Səhər Azəri” ilə açılan səhər - TƏHLİL
22-01-2026 [10:50]
Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdi. İran isə bu müstəqilliyə tankla yox, ekranla cavab verdi-“Səhər Azəri” həmin cavabın ilk ideoloji cəbhəsi oldu.
Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini elan etdi. Bu tarix region üçün sadəcə siyasi akt deyildi. Bu, ideoloji sərhədlərin dəyişməsi idi. Və İran bunu hamıdan tez anladı. Elə buna görə də Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra, 1992-ci ildə İrandan azəri türkcəsində yayımlanan “Səhər Azəri” kanalı fəaliyyətə başladı. Bu zaman ardıcıllığı təsadüf deyil. Bu, instinktiv dövlət reaksiyasıdır.
“Səhər Azəri” İran İslam Respublikasının Dövlət Radio və Televiziya Təşkilatına bağlı “Səhər” beynəlxalq yayım şəbəkəsinin Azərbaycan dilindəki xidmətidir. Kanal 1992-ci ildən etibarən fasiləsiz şəkildə yayım aparır və bütün bu illər ərzində xətt dəyişməyib. Dəyişən yalnız ritorikanın formasıdır. Mahiyyət isə sabit qalıb: müstəqil Azərbaycan ideyasını zəiflətmək, onu suveren aktor kimi yox, idarə olunan obyekt kimi göstərmək.
Burada əsas sual ortaya çıxır. “Səhər Azəri” İranın ilk xarici dilli media layihəsidirmi. Xeyr. İran bundan əvvəl ərəb dilində radio və televiziya yayımı aparıb. Amma fərq buradadır. Ərəb dünyasına yönəlmiş yayım məzhəb üzərindən qurulub. Şiə ideologiyası əsas silah olub. Azərbaycanla bağlı isə məzhəb kifayət etmirdi. Burada milli kimlik, dövlətçilik, dil və tarix bir araya gəlirdi. İran ilk dəfə bu miqyasda milli kimliklə üz-üzə qalırdı.
Məhz buna görə “Səhər Azəri” İranın informasiya strategiyasında yeni mərhələ idi. Bu, ilk dəfə idi ki, Tehran konkret bir xalqı, konkret bir dövləti və konkret bir milli yaddaşı televiziya səviyyəsində hədəf alırdı. Diqqət çəkən məqam budur ki, həmin dövrdə İranın nə kürd dilində, nə türkmən dilində, nə də digər etnik dillərdə bu səviyyədə beynəlxalq ideoloji televiziya yayımı yox idi. Kürdlər üçün radio proqramları olub, amma televiziya səviyyəsində sistemli, xaricə yönəlmiş ideoloji platforma ilk növbədə azəri türkcəsində quruldu.
Bu fakt bir şeyi açıq göstərir. İran üçün təhlükə türk dili deyil. İran üçün təhlükə müstəqil Azərbaycan dövlətidir. Çünki bu dövlət İranda yaşayan milyonlarla azəri üçün alternativ siyasi model deməkdir. Dövlət ola bilər, dil dövlət dili ola bilər, ordu ola bilər, sekulyar sistem ola bilər. Bu ideya Tehranın ideoloji əsaslarını sarsıdır.
“Səhər Azəri”nin xətti də bunu sübut edir. Kanal illərdir eyni tezisləri dövr etdirir. Azərbaycan guya suveren deyil. Guya Qərbin və İsrailin layihəsidir. Azərbaycan Türkiyənin kölgəsindədir. Qarabağ qələbəsi ya kiçildilir, ya da regional risk kimi təqdim olunur. Sekulyar dövlət modeli iman zəifliyi kimi göstərilir. İran modeli isə dolayı yolla “əsl yol” kimi təqdim edilir. Bu, klassik ideoloji aşındırma texnikasıdır.
İran informasiya müharibəsində dillərə görə strategiya qurur.
Azərilərə milli kimlik üzərindən hücum edir. Ərəb auditoriyasına isə məzhəb üzərindən. Ərəb dilində yayımlanan kanallarda Səudiyyə Ərəbistanı Qərbin kuklası kimi təqdim olunur, sünni dünyası legitimlikdən salınır, İran özünü müqavimət oxunun mərkəzi kimi göstərir. Yəni azərilərə dövlətçiliyi şübhə altına alır, ərəblərə isə dini liderlik iddiası satır.
Bu nöqtədə maraqlı bir asimetriya ortaya çıxır. Səudiyyə Ərəbistanı fars dilində İran cəmiyyətinə yönəlik ideoloji televiziya aparırmı. Xeyr. Dövlət səviyyəsində belə bir strategiya yoxdur. Səudiyyə İranla dövlətlərarası rəqabət aparır, amma dillər və etnik kimliklər üzərindən parçalama siyasəti yürütmür. Bu da göstərir ki, İranın yanaşması daha aqressiv, amma eyni zamanda daha qorxuludur.
“Səhər Azəri”nin metodları da tanışdır. Bu metodlar vaxtilə “Sputnik Azərbaycan”ın, eləcə də bəzi Qərb təbliğat platformalarının istifadə etdiyi üsullarla üst-üstə düşür. Fərq ideologiyadadır, metod eynidir. Suverenliyi şübhə altına almaq, milli qərarları xarici təsir kimi göstərmək, cəmiyyətdə daxili parçalanma yaratmaq. Kanal nadir hallarda konkret ad çəkir. Əvəzində “Bakı mediasında bəzi çevrələr”, “xaricdə yaşayan azəri yazarlar”, “pan-türkist analitiklər” kimi kateqoriyalar yaradır. Bu, təhlükəsizlik məktəblərinin klassik texnikasıdır.
Bütün bu mənzərədə ən ağrılı məqam Azərbaycandakı boşluqdur. Azərbaycanda bu gün bütöv Azərbaycan ideyasını rasional, dövlətçilik çərçivəsində, beynəlxalq auditoriyaya sistemli şəkildə izah edən institusional media mərkəzi yoxdur. Fərdi səslər var, amma mərkəz yoxdur. Halbuki belə bir mərkəzin yaranması İranı ideoloji baxımdan çıxılmaz vəziyyətə qoya bilərdi. Çünki bütöv Azərbaycan ideyası separatizm deyil, yaddaşdır. Sərhəd yox, tarix danışır. Və bu ideyaya Tehran cavab verməkdə çətinlik çəkir.
Bütöv Azərbaycan ideyası İran üçün hərbi təhlükə deyil. O, ideoloji kabusdur. Çünki bu ideya məzhəbi aşır, dili aşır, dövlətin monolitliyini sual altına alır. Ən təhlükəlisi isə odur ki, bu ideya emosional şüar kimi yox, rasional siyasi konsept kimi təqdim oluna bilər.
İranın ən zəif ideoloji nöqtəsi də məhz buradadır.
İranın ən zəif ideoloji nöqtəsi də məhz buradadır. Rejim milli kimliklə barışa bilmir. Etnik müxtəlifliyi yalnız təhlükə kimi oxuyur. Vahid, cəlbedici siyasi model təklif edə bilmir. Son günlərdə İranda baş verən dəhşətli olaylar bu sadə həqiqəti yenidən ortaya çıxardı. Məhz Azəri kimliyi bu zəifliyi ən açıq şəkildə ifşa edir.
Azərbaycan informasiya cəbhəsində üstünlük qazanmaq istəyirsə, reaktiv yox, proaktiv olmalıdır. Qərb düşüncə mexanizmi bunu çoxdan sübut edib. Öz narrativini qurmaq, faktı analizlə birləşdirmək, dəyər və marağı eyni anda təqdim etmək. Dövlətçilikdən çıxmadan milli ideyanı qorumaq. Media təkcə xəbər yox, mənalar istehsal etməlidir.
“Səhər Azəri”nin 1992-ci ildən bu günə qədər fəaliyyətdə qalması bir həqiqəti göstərir. İran üçün Azərbaycan problemi bitməyib. Sadəcə forması dəyişib. Bu gün problem Azərbaycanın varlığı yox, onun ideoloji cazibəsidir...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər