İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
21-01-2026 [15:22]
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də beynəlxalq biznes nümayəndələri ilə görüşdə səsləndirdiyi fikir diqqət çəkir. Neft hasilatını sabitləşdirmək, hətta artırmaq planlarından və “ikinci mühüm neft bumu” ehtimalından danışmaq sadəcə optimist ritorika yox, dövlətin enerji gündəmində mümkün dönüş nöqtəsinə işarədir.
Sual isə açıqdır: bu, nə qədər realdır və Azərbaycan üçün nə deməkdir?
İkinci neft bumu deyəndə çoxları avtomatik olaraq 2000-ci illərin ortalarını xatırlayır: sürətlə artan hasilat, yüksək qiymətlər, dövlət gəlirlərində kəskin sıçrayış.
Lakin bugünkü reallıq fərqlidir. Əgər ikinci neft bumu baş verərsə, bu, klassik kütləvi bum yox, texnoloji və seçici artım mərhələsi olacaq.
Prezidentin bu mövzuda açıq danışması bir neçə məqama işarə edir. Birincisi, Azərbaycanda beynəlxalq enerji şirkətləri tərəfindən aparılan kəşfiyyat layihələrinin nəticələri müəyyən ümid yaradır. Dövlət başçısı adətən təsdiqlənməmiş və zəif ehtimalları ictimaiyyətə açıq şəkildə səsləndirmir. Bu isə o deməkdir ki, həm mövcud yataqlarda, həm də yeni strukturlarda əlavə ehtiyatlar real ssenari kimi nəzərdən keçirilir.
İkincisi, məsələ təkcə yeni yataqlarda deyil. Azəri-Çıraq-Günəşli kimi yetkin hesab edilən yataqlarda hələ də çıxarılmamış ehtiyatlar var. Uzun illər problem bu ehtiyatların olub-olmaması yox, onların necə və hansı maya dəyəri ilə çıxarılması idi. Bu gün isə süni intellekt, 4D seysmik modelləşdirmə və enhanced oil recovery kimi texnologiyalar əvvəllər iqtisadi cəhətdən mənasız görünən qatları yenidən gündəmə gətirir. Yəni ikinci neft bumu yeni neft tapmaqdan çox, mövcud nefti daha ağıllı çıxarmaq deməkdir.
Amma burada həlledici bir məqam var: neftin maya dəyəri. Dünyada bütün neft eyni şərtlərlə hasil olunmur.
Məsələn, Səudiyyə Ərəbistanında bir barel neftin hasilat maya dəyəri təxminən 5–8 ABŞ dolları civarındadır. Bu, dünyanın ən ucuz neftlərindən biridir. Buna qarşılıq, dərin dəniz layihələrində, şist neftində və ya texnoloji baxımdan mürəkkəb yataqlarda bir barel neftin maya dəyəri 40–60 dollar, bəzən daha yüksək ola bilir.
Azərbaycan nefti də bu baxımdan ucuz kateqoriyaya daxil deyil. Xüsusən yeni və ya dərin qatlara yönəlmiş layihələrdə hasilat xərcləri əhəmiyyətli dərəcədə artır. Bu o deməkdir ki, əgər qlobal bazarda neftin qiyməti aşağı səviyyədə qalarsa, bahalı neftdən böyük iqtisadi fayda gözləmək çətin olacaq. Yəni ikinci neft bumu yalnız o halda mənalıdır ki, həm texnoloji effektivlik artsın, həm də qiymət mühiti əlverişli olsun.
Üçüncü mühüm amil qlobal enerji reallığıdır. Yaşıl enerji haqqında çox danışılır, lakin fakt budur ki, neftə tələbat hələ də qalır. Rusiya sanksiyalar altındadır, Yaxın Şərqdə risklər artır, dəniz marşrutları həssaslaşıb. Bu fonda sabit, proqnozlaşdırılan və siyasi risk yaratmayan enerji ölkələri daha cəlbedici görünür. Azərbaycan da bu kateqoriyaya daxildir.
Bununla belə, risklər də açıqdır.
Neftin qiymət riski ilə yanaşı, daha təhlükəli risk resurs rahatlığıdır. Birinci neft bumunun əsas dərslərindən biri məhz budur: yüksək gəlirlər struktur islahatlarını sürətləndirmədi, əksinə, bir çox sahədə gecikmələr yaratdı. Əgər ikinci neft bumu eyni psixoloji rahatlama effekti doğurarsa, bu, uzunmüddətli perspektivdə mənfi nəticələr verə bilər.
Bu baxımdan ikinci neft bumu Azərbaycan üçün möcüzə yox, imtahandır. Əlavə gəlirlər qeyri-neft sektorunun inkişafına, insan kapitalına, texnologiyaya və regional layihələrə yönəldilərsə, bu mərhələ ölkənin dayanıqlığını artıra bilər. Əks halda, bahalı neftdən əldə olunan məhdud qazanc yenidən asılılıq riskini böyüdə bilər.
Beləliklə, İlham Əliyevin işarə etdiyi ikinci neft bumu avtomatik zənginlik vəd etmir. O, potensial imkan pəncərəsindən danışır. Bu pəncərənin açılıb-açılmayacağı qismən geologiyadan, qismən qlobal bazarlardan asılıdır. Amma onun necə istifadə ediləcəyi tamamilə dövlətin daxili iqtisadi və siyasi qərarlarına bağlıdır.
Birinci neft bumu Azərbaycana pul gətirdi. İkinci neft bumu baş verərsə, ölkəni dəyişib-dəyişməyəcəyini neftin özü yox, bu neftlə nə ediləcəyi müəyyən edəcək.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər