Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
21-01-2026 [12:57]
Azərbaycan, ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına təsisçi üzv olmaq təklifini qəbul edib.
Ölkəmizin bu Şurada təsisçi üzv kimi iştirak etməsinin bir neçə məqsədi ola bilər.
Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan bu təşəbbüsü hərbi və ya blok xarakterli qurum kimi deyil, məhz Qəzzanın yenidən bərpası və idarə olunmasına yönəlmiş mexanizm kimi dəyərləndirərək qəbul edib. Bakı üçün əsas məqam prosesin mahiyyətidir. Müqayisə üçün qeyd etmək olar ki, Azərbaycan bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın təqdim etdiyi qətnaməni dəstəkləsə də, əraziyə hərbi kontingent göndərməkdən imtina edib.
Bundan əlavə, Azərbaycan son illər beynəlxalq müstəvidə özünü post-münaqişə təcrübəsinə malik, neytral və konstruktiv aktor kimi qəbul etdirə bilib. Belə platformalarda Bakının iştirakı həm prestij, həm də təcrübə baxımından mühüm əhəmiyyət daşıyır.
İkinci mühüm məqam Bakının Vaşinqtonla münasibətlərə verdiyi xüsusi əhəmiyyətlə bağlıdır. Trampın şəxsi təşəbbüslərinə yaxın olmaq ölkəmiz üçün Vaşinqtonda əlavə siyasi manevr imkanları yarada bilər. Bu baxımdan, Azərbaycan təklifi həm təşəbbüsün mahiyyətinə görə, həm də gələcək diplomatik balansı qorumaq və proseslərdən kənarda qalmamaq məqsədilə qəbul edib.
Üçüncü amil isə Qəzza məsələsinin Bakı üçün hazırda xarici siyasətdə prioritet istiqamət olmasa da, diqqətlə izlənilən mövzulardan biri olmasıdır. Proses həm İslam coğrafiyası, həm də Türkiyə kontekstində Azərbaycan üçün əhəmiyyətlidir. Məsələn, Türkiyə mətbuatında səsləndirilən bəzi yersiz iddiaların əksinə olaraq, Bakı Fələstin–Qəzza məsələsinə biganə deyil və müttəfiqi Türkiyənin prioritet hesab etdiyi bu mövzuya müttəfiqlik münasibətləri çərçivəsində maraq göstərir.
Turan Rzayev
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər