ALİ MƏHKƏMƏ DAHA BİR VAHİD QƏRAR VERİB - Plastik əməliyyatlarla bağlı
21-01-2026 [10:22]
Ali Məhkəmə yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüquqlarına dair vahid hüquqi mövqe formalaşdırıb.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur.
Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn zərərlə bağlı çəkişmələr məhkəmə müstəvisində xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 24 dekabr 2025-ci il tarixdə qəbul edilən "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarla əslində konstitusion təminat altına alınmış, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilmişdir.
Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. Hüquqaziddliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) qadağandır. Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s. Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilmişdir. Həmin hallara şəxsin razılığı, üstün xüsusi mənafe, üstün ictimati mənafe və qanuni əsas aiddir. Şəxsin razılığı açıq şəkildə ifadə edilmiş, zədələnməmiş, qanuna və ya əxlaqa zidd olmayan iradə ifadəsini nəzərdə tutur. Razılıq yazılı, şifahi, konkludent hərəkət (davranış) və ya susma formasında ola bilər.
Zədələnmiş, qanuna və əxlaqa zidd, açıq şəkildə ifadə olunmayan razılıq hüquqi cəhətdən mümkün deyil və qəbul edilməsi qadağandır. (məsələn, şəxsin üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi barədə razılıq keçərlidir, lakin şəxsin həyatına son qoyulması ilə bağlı razılıq yolverilməzdir). Üstün xüsusi mənafe - şəxsiyyət hüququ ilə müqayisədə daha üstün və əhəmiyyətli xüsusi hüquq deməkdir. Müdaxilənin əsaslandığı xüsusi mənafe həm hüquqlarına müdaxilə edilən şəxsə, həm müdaxilə edən şəxsə, həm də üçüncü şəxsə aid ola bilər (məsələn, şəxsin razılığı olmadan onun bədən toxunulmazlığı hüququna müdaxilə həmin şəxsin və ya üçüncü şəxsin həyatının xilas edilməsi zərurəti ilə edildikdə). Üstün ictimai mənafe - konkret şəxslərin mənafeyinin qorunması üçün deyil, dövlətin və ya cəmiyyətin üstün maraqları deməkdir. (məsələn, karantin dövründə analizlərin məcburi aparılması) Qanuni əsas isə şəxsiyyət hüquqlarının müdaxiləsinin qanunla nəzərdə tutulması deməkdir. (məsələn, Mülki Məcəllənin 563-565-ci maddələrində təsbit edilən zəruri müdafiə, son zərurət və özünəyardım). Bu halların hər hansı birinin mövcudluğu müdaxilənin qanuniliyini ehtiva edir və şəxsi məsuliyyətdən azad edir.
Plenum Qərarında bu hüquqların keyfiyyətsiz tibbi xidmət nəticəsində pozulması və vurulmuş zərərə görə məsuliyyət məsələlərinə də geniş aydınlıq gətirilmiş, hansı hallarda tibbi xidmətlə bağlı vurulan mənəvi zərərin ödənilməsini tələb etməyin mümkünlüyü göstərilmişdir. Bu hallar aşağıdakılardır: 1) Tibbi yardım tədbirlərinin ümumiyyətlə və ya lazımi keyfiyyətdə keçirilməməsi (xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlər); 2) "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqlarının pozulması; 3) Estetik, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərinin həyata keçirilməsi nəticəsində şəxsin sağlamlığının pozulması. Tibbi yardımın göstərilməsi zamanı tibbi standartlar çərçivəsində hərəkət edilərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün- olmayan sağlamlığa vutulmuş zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlandığı halda məsuliyyət istisna edilir. Bu zaman cavabdeh göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Plenum qərarı ilə həmçinin tibbi yardım və estetik sahədə tibbi xidmətlərin göstərilməsi zamanı yaranan zərərin kompensasiyası tələblərinin xüsusiyyətləri və hüquqi əsasları arasında olan fərqə də aydınlıq gətirilmişdir. Qərarda olan mövqeyə görə, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növləri tibbi yardım deyil, nəticəsinə təminat verilən podrat münasibətləridir. Xidmətin nəticəsi müqavilə üzrə nəzərdə tutulduğundan fərqli olmuşsa, tibbi xidmətlə bağlı yaranan deyil, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər tələb edilə bilər (məsələn, burunun forması əvvəlcədən razılaşdırılmış formaya uyğun gəlmədikdə, əkilmiş saç çıxmadıqda və s. estetik nəticələr mübahisələndirildikdə).
Belə mübahisələr müqavilə şərtləri, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun və Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 39-cu fəsli ilə tənzimlənəcək. Lakin bu xidmətlər göstərilərkən şəxsin yaşamaq, sağlamlıq və ya bədən toxunulmazlığı, habelə "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqları pozularsa, yaranmış zərər müqavilə öhdəliyinin pozulmasından irəli gələn zərər hesab edilmir, belə zərər mülki hüquq pozuntusu olmaqla, bu mübahisələr sahəvi qanunvericilik və deliktlə tənzimlənəcək.
Dəymiş zərərin kompensasiyası tələbləri tibb müəssisəsinə və ya tibb işçisinə və ya hər ikisinə qarşı irəli sürülə bilər. Alternativ seçim imkanı zərərçəkənin istəyinə bağlıdır. Zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, pozuntuya yol vermş işçisinə qarşı əmək qanunvericiliyinin tələblərinə uyğun reqres tələb hüququ yaranır.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər