Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20-01-2026 [12:38]
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı yeni iddialar yayılıb.
Sərnişinlərin bildirdiyinə görə, buradakı gömrük postlarında aparılan yoxlamalar normadan artıq sərt və izahsız şəkildə həyata keçirilir. Xüsusilə xarici ölkələrin hava limanlarındakı “Duty Free” mağazalarından alınan adi məhsulların belə müsadirə olunması, sərnişinlərin saatlarla sorğu-suala tutulması narazılığı daha da artırır.
Məsələ dəfələrlə mediada gündəmə gətirilsə də, problemin aradan qaldırılması istiqamətində real addımların atılmaması suallar doğurur.
Mia.az-ın məlumatına görə, Globalinfo.az-a danışan iqtisadçı və hüquqşünas Əkrəm Həsənov bildirib ki, bir neçə il əvvəl qanunvericiliyə edilən dəyişikliklərə əsasən, müəyyən məbləğdən yuxarı dəyərə malik malların və ya eyni məhsuldan normadan artıq sayda gətirilməsi gömrük rüsumuna cəlb olunur:
“Hələ o zaman bu qaydalar tənqid edilirdi, çünki onların subyektiv hallara yol açacağı aydın idi.
Birincisi, bunu müəyyən etmək çox çətindir. Məsələn, mən xaricə gedib bahalı bir əşya almışam və onu üzərimdə gətirirəm. Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək? Bəlkə həmin əşya əvvəldən mənim olub və sadəcə üzərimdə aparmışam? Bu baxımdan məsələ olduqca mürəkkəbdir. Bu qaydanın tətbiq edilməsinin səbəbləri də hamıya bəllidir. Bir tərəfdən guya xaricdən mal gətirib ölkə daxilində satan şirkətləri qorumaq məqsədi güdülür. Yəni vətəndaş özü gedib mal alıb gətirməsin, mütləq hansısa sahibkar vasitəsilə alsın. Halbuki mən özüm gedib almışamsa, niyə buna məhdudiyyət qoyulmalıdır? Digər tərəfdən isə guya dövlət büdcəsinə əlavə vəsait cəlb edilir. Bütün bunlar insanların ciddi narahatlığına səbəb olur”.
Əkrəm Həsənov özü də oxşar vəziyyətlə üzləşdiyini qeyd edib:
“Dekabr ayında Avropadan qayıdanda məni də narahat etdilər. Proses belə olur: əşyalar rentgen aparatından keçirilir və bəzi yüklər bilərəkdən ən axıra saxlanılır. Sərnişin çıxışa yaxınlaşanda isə onu çağırıb çantaları açdırırlar. Mənə də dedilər ki, çantaları açın, orada alınmış əşyalar görünür. Həqiqətən də xanımım və dörd qızım üçün ümumilikdə 5 çanta və pulqabı almışdım. Bunlar sadəcə kiçik hədiyyələr idi, heç bahalı brend məhsullar da deyildi. Qəbzləri göstərdim, baxdılar ki, qiymətləri yüksək deyil. Buna baxmayaraq, məhsulların dəyərini müəyyənləşdirmək üçün başqa bir əməkdaş – qadın mütəxəssis dəvət olundu. O da təsdiqlədi ki, bunlar bahalı əşyalar deyil və bundan sonra buraxıldım. Amma bu proses insanda çox mənfi təəssürat yaradır. Gətirdiyin malların nə olduğu, neçəyə alındığı ilə bu cür maraqlanılması dünyanın heç bir yerində rast gəlinən hal deyil. Heç bir ölkədə sərnişini bu şəkildə saxlayıb gömrük rüsumu tətbiq etməyə çalışmırlar. Əgər yoxlama aparılmalıdırsa, bunu ya müəyyən saydan artıq çemodanın olduğu hallarda etsinlər, ya da adi sərnişinləri əsassız şəkildə narahat etməsinlər”.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər