Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
17-01-2026 [12:21]
Masazır qəsəbəsi, Nəriman Nərimanov küçəsində günlərdir eyni problem sakinləri narahat edir. Zədələnmiş içməli su borusundan tonlarla təmiz su yerə axır, küçəni gölməçəyə çevirir.
Sakinlərin sözlərinə görə, problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə bildirilib.
Qurum tərəfindən dəfələrlə “gələcəyik”, “baxılacaq” vədləri verilsə də, bu günə qədər əraziyə nə qəza briqadası gəlib, nə də real tədbir görülüb.
Şikayətçi Nahib Orucov deyir ki, bir il öncə köçdüyü bu evdə problemin olduğunu ona dəyən ziyandan sonra xəbər tutub. Qonşuların sözlərinə görə əslində bir neçə ildir ki, axıntı olub, aidiyyəti quruma da müraciət edilib. Amma şikayətə laqeyd yanaşılıb. Vəziyyət isə getdikcə acınacaqlı hal alır.
Hazırda isə şikayətçi evini və həyətini basan suyun qarşısını almaq üçün şəxsi hesabına xüsusi texnika gətirərək arx qazdırıb.
Su ehtiyatlarının qorunması, yeni anbarların tikilməsi və su təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər görüldüyü bir vaxtda Masazırda içməli suyun çölə axması haqlı suallar doğurur: bu israfın məsuliyyətini kim daşıyır?
Ən acınacaqlısı odur ki, problemin həll olunmadığı bu müddətdə bu qədər içməli su hədər gedir, dövlət resursları açıq-aşkar israf olunur.
Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladıq. Qurumdan əraziyə baxış keçirmək üçün nümayəndələr göndərildiyi bildirildi.
Həmçinin qeyd olundu ki, su borusu sakinlər tərəfindən qazıntı işləri aparılarkən zədələnib. Borunun axıntı olan hissəsi müvəqqəti olaraq rezin başlıqla bərpa edilib. Qəza briqadası yaxın zamanlarda xəttin bərpasını icra edəcək.
Mövzunu diqqətdə saxlayacağıq/Bizim.Media
***
Xatrladaq ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov bir neçə il əvvəl islahat adıyla Regional Su Meliorasiya Xidmətinin Abşeron Suvarma Sistemləri İdarəsi ilə ləğv olunan "Azərsu" AC-nin tabeliyində olan Abşeron Sukanal İdarəsini birləşdirərək, yerində Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi formalaşdırıb.
Mia.az-ın məlumatına görə, işin maraqlı tərəfi budur ki, bu birləşmiş quruma Zaur Mikayılovun qudalarından birinin tələbə yoldaşı, əslən gədəbəyli, o zaman uzaq Şəmkirdə işləyən, şəhər su təsərrüaftı kimi böyük və ağır sahə üzrə təcrübəsiz Etibar Nəbiyev rəis təyin olunub.
Nəbiyevin təyinatından sonra isə Abşeron ərazisində su təsərrüaftaında hansı problemlərin yaranmasını isə yazmağa dəyməz. Elə qurumun bir müddət əvvəl öz işçilərinin aksiya keçirməsi, Prezident Administrasiyası qarşısına yürüş hazırlığı haqda anonsları oradakı yarıtmaz vəziyyətə işıq sala bilər.
İdarənin işçiləri deyir ki, Etibar Nəbiyev bura rəisi gələndən sonra köhnə işçilərin çoxunun bir bəhanə ilə işdən qovublar: "Əvəzində isə öz qohum-əqrabası hər gün onun xidməti otağında sanki müşavirəyə toplanırmış kimi toplanıb, buranı çayxanaya döndəriblər. İşə gəldikdə isə, qoyun, araşdırsınlar, bu təyinata qədər Abşeron ərazində normal qrafiklə verilən suya birdən-birə nə oldu? Niyə qrafik baş-ayaq edildi?
Xırdalandan tutmuş bütün qəsəbələrə qədər elə bir yer var ki, sudan əziyyət çəkməsin? Savadsız, su təsərrüfatından anlayışı olmayanları doldurublar bura, nəticə də göz qabağındadır. Br sözlə, əhali zülm çəkir, ancaq bu qurumun rəhbər şəxsləri xidməti BMW maşınaları arzulayırlar...".
Yeri gəlmişkən, Agentliyin adı cəmiyyətdə xoş olmayan ləqəblə çəkilir: Qudalar Agentliyi.
Məlumat üçün qeyd edək ki, Zaur Mikayılovun qudalarından biri Fuad Quliyev Agentlikdə Aparat rəhbəri, digəri Əsəd Şirinovsa sədrin müşaviridir. Belə...
Samir MUSAYEV
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər