Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
15-01-2026 [10:35]
Bakı və Abşeron yarımadasında 2014-2025-ci illər ərzində bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazi zəbt olunub, tikintilər aparılıb. Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin subasmaya məruz qalmasına səbəb olur".
Mia.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirlər Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair "2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunan müşavirədə səsləndirilib.
Belə göllərdən biri də Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşir. Sakinlər deyirlər ki, gölə torpaq tökülərək qurudulur. Nəticədə daşan su sakinlərin evlərinə dolur. Sakinlərin sözlərinə görə, el arasında "Qartal gölü" kimi tanınan gölün demək olar böyük hissəsi qurudulub.
Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, üç il bundan qabaq naməlum şəxslər tərəfindən əraziyə torpaq tökülməsi faktı aşkarlanıb. Bu hadisədən sonra ərazi Məmmədli bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən ciddi nəzarətə götürülüb. Hazırda torpaqlama işləri həyata keçirilmir. "Lakin qrunt və yağış suları səbəbindən gölün su səviyyəsi nisbətən qalxıb. Bununla əlaqədar olaraq tərəfimizdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət olunaraq həmin suyun kənarlaşdırılmasına köməklik göstərilməsi xahiş olunub. Yaxın günlərdə də həmin tədbirlər həyata keçiriləcək", - deyə icra hakimiyyətindən qeyd edilib.
Məsələ ilə bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən isə bildirilib ki, qeyd olunan ərazi Abşeron yarımadasında yerləşən göllərin kadastrında qeydiyyata almayıb. O da bildirilib ki, müvafiq sərəncamla təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Tədbirlər Planı" çərçivəsində Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məmmədli və Kürdəxanı qəsəbələrində tullantı sularının düzgün idarə olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan tədbirlərin icrası və tullantı sularının düzgün idarə edilməsi təmin edildikdən sonra həmin ərazidə məskunlaşan sakinlərin bu istiqamətdə mövcud problemlərinin mərhələli şəkildə öz həllini tapacağı gözlənilir.
Qeyd edək ki, oxşar problemmasazırda da var. Burada da gölləri qurudub maklerlə satırlar. Onlar da plansız evlər tikərək satırlar...
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər