“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
14-01-2026 [12:37]
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulları arasında fındıq 4-cü sırada qərarlaşıb.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, ötən il qızıl, pomidor və karbamiddən sonra xaricə ən çox fındıq ixrac olunub.
Açıqlanan rəsmi məlumatlara görə, ötən ilin 11 ayı ərzində 149,8 milyon dollar dəyərində fındıq ixrac olunub və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,5% çox olub.
Dövlət Gömrük Komitəsinin ötən ilin ilk 10 ayı üçün açıqlanan məlumatında isə göstərilir ki, ötən ilin ilk 10 ayında xaricə 265,8 ton qabıqlı, 15 min 162 ton qabığı təmizlənmiş (ləpə) fındıq ixrac edilib.
İxrac olunan qabıqlı fındığın bir kiloqramının orta gömrük dəyəri 4,5 manat, fındıq ləpəsinin bir kiloqramının orta gömrük dəyəri isə 13,9 manat olub.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə qabıqlı fındığın bir kiloqramının orta gömrük dəyəri 4,1 manat, fındıq ləpəsinin bir kiloqramının orta gömrük dəyəri isə 10,9 manat olub.
Miqdar baxımından isə fındıq ixracında ciddi dəyişiklik olmayıb. 2024-cü ilin ilk 10 ayında olduğu kimi, 2025-ci ilin ilk 10 ayında da xaricə 15,4 min ton fındıq və fındıq ləpəsi ixrac edilib.
Onu da bildirək ki, əvvəlki illərdən fərqli olaraq bu il daxili bazarda fındıq qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Rəsmi statistika göstərir ki, ötən ilin ilk 11 ayında qabıqlı fındığın qiyməti 12,5%, fındıq ləpəsinin qiyməti isə 44% bahalaşıb.
Rəsmi statistikadan fərqli olaraq, marketlərdə satılan fındığın qiymətində daha çox bahalaşma olduğu müşahidə edilir.
Məsələn, ölkənin aparıcı supermarket şəbəkələrindən biri olan “Bravo”nun onlayn satış platformasında qovrulmuş fındıq ləpəsinin 300 qramı 15,99 manata (1 kq – 53,3 manat), qabıqlı fındığın 200 qramı isə 8,99 manata (1 kq – 44,95 manat) təklif olunur.
Başqa bir marketin – “Neptun”un onlayn satış platformasında isə fındıq ləpəsinin bir kiloqramı 26,7 manatdan satılır.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər