“Mənsimov işi”nin gizlinləri: Neft maqnatı və onun "media qolu" iş adamını niyə "qaralayıb"?
13-01-2026 [09:47]
Bir neçə gün əvvəl Türkiyədə bir neçə şəxslə bağlı çirkli pulların yuyulması ittihamıyla cinayət işi açılıb.
Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, həmin şəxslər Ekol TV vasitəsi ilə çirkli pulların yuyulmasına ittiham olunurlar.
Qeyd edək ki, bu xəbərdən dərhal sonra azərbaycanlı iş addamı Mübariz Mənsimovun da bu cinayət işində adı keçdiyi, hətta onun istintaqa cəlb edildiyi xəbəri gündəmə gətirilmişdi. Hərçənd Mənsimov bununla bağlı açıqlama verərək, həmin cinayət işində adının keçmədiyini və Ekol TV ilə əlaqəsinin olmadığını bəyan edib.
Amma Azərbaycanda bunu israrla cəmiyyətə sırımaq istəyənlər var. Məsələn, bir çox media orqanlarında tirajlanan bu xəbərin konkret şəxslərə bağlı məsələ olduğu daha aydın görünür.
“Bizim Lənkəran” səhifəsi mövzu ilə bağlı geniş yazı ilə çıxış edərək, bir sıra mətləblərə toxunub. Belə ki, səhifə Mübariz Mənsimovu hədəfə alan əsas qrupun “Global Meddia Group”un olduğunu yazıb. Elnur Abdullayevin himayəsində olan bu qrupun Mənsimovla çoxdan mövcud olan “problemi” var. Bu, SOCAR-“Palmali” savaşına qədər gedib çıxır.
Bəs, indi bir müddət əvvəl baş vermiş və heç bir əsası olmayan hadisədə Mənsimovun adının hallandırılması kimə lazımdır? Elnur Abdullayevin bu prosesdə ön planda olması anlaşılandır. Uzun müddət Adnan Əhmədzadənin himayəsində olan, habelə onun hesabına böyük imkanlara sahiblənmiş Abdullayev, son olaylardan sonra kölgəyə çəkilmişdi. Mümkün qədər adının Əhmədzadə ilə birlikdə hallanmaması üçün də bütün addımları atırdı. Hətta bəzi məlumatlara görə, Əhmədzadənin həbsindən sonra ABŞ-a köçərək, orada yaşamağa başlayıb. Mümkündür ki, özünü sığortalamaq üçün orada vətəndaşlıq və ya oturum da alıb.
Əslində, Mənsimovun adını Ekol TV-də hallandıran şəxs təkcə, Abdullayev deyil. Güman ki, onun bu təbliğatından istifadə olunur. Yəni, köhnədən qalan “hesablaşma” başqalarının da işinə yarayır.
Belə ki, Adnan Əhmədzadədən sonra onun yerini tutan əsasa fiqurlardan biri Anar Əlizadədir. O, bir xeyli müddət Əhmədzadənin kölgəsində dolansa da, sonradan özü müstəqil xətt yarada bilib. Neft maqnatları sırasında olan Əlizadə Əhmədzadə kimi özünü göz soxmasa da, bahalı həyatı ilə həmişə gündəm olub.
Onun Mübariz Mənsimovla problemi isə SOCAR-“Palmali” savaşından qaynaqlanır. Həmin vaxt “Palmali”nin bir neçə gəmisini özünküləşdirən SOCAR, onları Anar Əlizadənin ixtiyarına verib. Lakin London məhkəməsində məsələyə baxılacağı gözləntiləri də var. Yəni, sabah London Arbitraj Məhkəməsi Mənsimovun xeyrinə qərar çıxararsa, Anar Əlizadə həmin gəmiləri geri qaytarmaq məcburiyyətində qalacaq. Bu isə onun işinə yaramır.
Belə olan halda, Əlizadənin yenidən Mənismova qarşı çıxması, onun adını “çirkli pulların yuyulması” məsələsində hallandırmasıə şübhəsiz, məqsədlidir. Məqsəd də budur ki, Mənsimov barəsində məhkəmə öncəsi rəy yarada bilsinlər. Onun hətta “çirkli pulların yuyulması”nda ittihamına nail olmağa çalışacaqları da istisna deyil.
Baş verənlərdən belə aydın olur ki, Elnur Abdullayevin nəzarətindəki meddianın Mübariz Mənsimovun üzərinə “Səlib yürüşü”nə çıxması elə Anar Əlizadə istəklərinin təzahürüdür.
P.S. Dünən mia.az bu mövzu ilə bağlı özəl xəbər yayıb. Yuxarıda qeyd edilən materiallar da Mia.az-ın xəbərinin dəqiqliyinə işıq salır.
Həmin yazımızla buradan tanış ola bilərsiniz:
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər