Ekspert: "Bu qədər etinasızlıq, bu qədər məsuliyyətsizlik olmaz"
09-01-2026 [11:30]
Qış mövsümü başlanandan ölkə üzrə dəm qazından ölənlərin sayı artmaqadır. Əsasən, faciələrin "İran peçi" adlandırılan sobalara görə baş verdiyi deyilir. Lakin bu ənənəvi səbəb kimi xatırlanır.
"Problemin həlli yolları sobalarda yox, müvafiq qanun-qaydalaradan irəli gələn öhdəliklərin yerinə yetirilməsindədir".
Mia.az xəbər verir ki, bu sözləri Modern.az- a açıqlamasında kommunal xidmətlər üzrə ekspert, "Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov bildirib:
"Açığı, bunu deməkdən artıq yorulmuşam. Bu millət bilmirəm nəyə baxır, kimə qulaq asır... Köhnə nəsil vaxtilə maarifləndirilmişdi, amma onların əksəriyyəti artıq həyatda yoxdur. Yeni nəsil isə qaz təhlükəsizliyi barədə demək olar ki, məlumatsızdır. Kifayət qədər maarifləndirmə aparılmır.
İnsan ölümü o qədər ucuzlaşıb ki, bir nəfərin həyatını itirməsi sanki adi bir hadisə kimi qarşılanır: “öldü, Allah rəhmət eləsin” - və məsələ bağlanır. Halbuki hər bir belə hadisə ciddi araşdırılmalıdır: insan niyə öldü, nədən öldü, kim günahkardır, hansı cəza tətbiq olunmalıdır? Bunların hamısı kənara atılıb.
Bu qədər etinasızlıq, bu qədər məsuliyyətsizlik olmaz. Qazla bağlı qanunlar var, standartlar var. Azərbaycan xalqı təxminən 90 ildir qazdan istifadə edir və bu sahədə kifayət qədər ciddi normativlər mövcud olub. Amma bu gün həmin qanunlar faktiki olaraq işləmir, hamısı arxivə atılıb. Kim harada istəyir, özündən “qanun” çıxarır.
Qaz mina qədər təhlükəli maddədir. Boğulma riski var, zəhərlənmə riski var, yanğın və partlayış təhlükəsi var. Amma bu sahə tamamilə nəzarətsiz buraxılıb. Yol hərəkətində iki polis bir avtomobillə üçün gecə-gündüz keşik çəkir, insanların təhlükəsizliyini qoruyur. Amma milyonlarla əhalinin yaşadığı mənzillərdə ən azı 7–8 milyon qaz cihazı var və onların böyük əksəriyyəti nəzarətsizdir.
Kimi istədiyi kimi rezin borudan, kimi plastik borudan istifadə edir. Halbuki standartlara görə qaz cihazları yalnız metal borularla çəkilməli və daimi nəzarətdə olmalıdır. Əhali də bilməlidir ki, qaz təhlükəsizliyinə görə məsuliyyət 50 faiz təchizatçıda, 50 faiz istehlakçının üzərindədir.
Bu günə qədər hansı istehlakçı təhlükəsizlik qaydalarını pozduğuna görə real məsuliyyətə cəlb olunub? Bir nəfərin səhlənkarlığı nəticəsində bütöv bir bina, qonşular, uşaqlar, yaşlılar məhv olur. İllərlə yığılan əmlak, maşınlar yanır, insanlar uçqun altında qalır.
Mən 1962-ci ildən bu sistemdə çalışmışam, 60 ildən çox bu sahədə can qoymuşam. O vaxt kontrollu idim, ayda ən azı 60 mənzili yoxlayırdım, profilaktik baxış keçirirdim. Orta texniki təhsilim vardı, sonra ali təhsil də aldım. İndi isə heç kim abonentin qapısını döyüb soruşmur ki, sən burada nə etmisən, qaz cihazının yerini dəyişmisən, yoxsa yox?
Tüstü bacaları 30–40 ildir təmizlənmir. Əvvəllər yanğından mühafizə xidmətləri rübdə bir dəfə yoxlama aparırdı. İndi isə illərlə heç kim baxmır. Mən hələ də bilmirəm, tüstü bacalarının istismarına konkret hansı qurum cavabdehdir.
Mənzillərdə mütləq qaz detektorları quraşdırılmalıdır. Bu ağıllı cihazlardır: qaz sızması olan kimi səs siqnalı verir və avtomatik olaraq klapanı bağlayır. İnsanlar bilməlidir ki, hamam otağının minimum həcmi 7,5 kubmetr olmalıdır, hündürlük isə ən azı 2 metr 20 santimetr. Sobanın quraşdırıldığı məkan isə 15 kubmetrdən az olmamalıdır.
"İran peçi"nə gəlincə, sobalarda problem yoxdur, əksinə, çox ağıllı cihazlardır. Problem ondadır ki, bu cihazlar gətirilir, satılır, amma servis xidməti yoxdur. Halbuki istehsalçı zəmanət və texniki xidmət göstərməlidir. Təəssüf ki, burada bu mexanizm işləmir və nəticədə bütün məsuliyyət abonentin üzərində qalır".
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb