"İranda rejim çökərsə..." - Şahin Cəfərlidən şərh

img

09-01-2026 [09:56]


"İranda rejim çökərsə, hadisələrin necə cərəyan edəcəyini təxmin etmək üçün qonşu İraqa baxmaq lazımdır".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

Onun fkrincə, böyük ehtimalla İran da İraq kimi ilkin mərhələdə dağılmayacaq, amma güclü mərkəzi hakimiyyətin formalaşmasına da imkan verilməyəcək: "Kürdlərin təşkilatlanmış və xarici dəstəyə sahib güc kimi ön plana çıxacağı şübhəsizdir. İraq və Suriyadan sonra İranda da mərkəzdən asılılığı minimuma enən və öz ordusu olan kürd muxtar bölgəsinin (ya de‐yure, ya de‐fakto, fərq etməz) ortaya çıxması ehtimalı yüksəkdir.

Əgər Türkiyədə mövcud hakimiyyət sərt xətti davam etdirərsə və azad seçki institutuna da qəsd edib, dinc dəyişiklik yolunu bağlayarsa (Türkiyə üçün məhz bu tələ qurulur), Orta Şərqdəki müstəqil kürd dövləti layihəsinin 4‐cü parçası bir müddət sonra Türkiyə içərisindən çıxacaq və pazl tamamlanmış olacaq".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA