Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

img

08-01-2026 [11:21]


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, araşdırmalarla yanğının 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA