İran prezidenti: "Səhvlərimiz çoxdur, ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik" - "Ölkəni bu nöqtəyə biz gətirdik"
06-01-2026 [13:54]
"Ölkəmizdə ədalətsizliyin, mənfəətpərəstliyin, korrupsiyanın və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ölkəsindəki etirazlara və hazırkı sosial-iqtisadi problemlərə münasibətdə deyib.
O, İslam Şuralarının Konstitusiyada Yeri və İctimai İştirak Simpoziumunda çıxışında daha sonra bildirib ki, hökumətin bütün problemləri aradan qaldıra biləcəyini düşünmək səhv olardı: "Gəlin əvvəlcə özümüzü qiymətləndirək. Ədalətsizliyin, mənfəətpərəstliyin, korrupsiyanın və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq. Lakin qəbul etməliyik ki, bu problemlər bir gecədə həll edilə bilməz. Biz hazırıq, amma bu reallıqlar da nəzərə alınmalı, görülməlidir. İnaıram ki, biz bütün problemləri xalqın köməyi ilə həll edə biləcəyik. Qəbul edirəm ki, bu inanc hökumətin qüsursuz olduğu anlamına gəlmir. Qüsurmuz, səhvlərimiz var. Hökumətin bütün bunlardan xali olacağını da düşünməməliyik. Heç bir hökumət əslində belə səhvlərdən azad deyil".
İran prezidenti çatışmazlıqları təkrar-təkrar dil gətirib və deyib ki, çatışmazlıqlarımızı aradan götürmək üçün mütəxəssislərlə məsləhətləşmə davam edir: "Ölkəni bu nöqtəyə gətirdik. Həm mən, həm siz, həm də Parlament. Sadəcə "bunu etməlisiniz" demək problemi həll etmir. Bütün günahın yalnız bir tərəfdə olduğunu və heç bir məsuliyyətimiz olmadığını düşünmək düzgün yanaşma deyil. Hökumətin vəzifəsi xalqın problemlərini dinləmək və onları bütün mövcud vasitələrlə aradan qaldırmaqdır. Biz çatışmazlıqlarımızı etiraf edirik və mütəxəssislərlə məsləhətləşməyə hazırıq. Birlikdə çalışmalı və milli maraqları nəzərə almalıyıq. Ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik. Sonra harada olduğumuza və hara getmək istədiyimizə qərar verməliyik".
Pezeshkian həmçinin ABŞ prezidenti Donald Trampın İrandakı etirazlarla bağlı açıqlamasına da münasibət bildirib. O, ABŞ-ın sanksiyalar vasitəsilə İranın inkişafına mane olduğunu bəyan edib: "Bir tərəfdən sanksiyalarla ölkənin inkişaf yollarını bağlayırlar, digər tərəfdən isə xalqımıza qayğı göstərirlər. Qırğınlarda və müxtəlif cinayətlərdə iştirak edən bu şəxslər indi insan haqlarının müdafiəçisi olduqlarını iddia edirlər".
Xatırladaq ki, İranda milli valyutanın xarici valyutalara qarşı dəyər itirməsindən sonra xalq ayağa qalxıb. Hazırda ölkədə etirazlar davam edir.
Firudin Səfərli
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb