"Sahil Babayev Saleh Məmmədova güzəşt etmək fikrində deyil" - AAYDA-da təftiş başlayıb?
05-01-2026 [13:02]
Maliyyə Nazirliyi ötən ili sonlarından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) dolayı monitorinqlərə start verib.
Mia.az Tribuna.az-a istinadla xəbər verir ki,bu proses yeni ilin ilk həftəsindən etibarən açıq yoxlamalarla müşahidə olunacaq. Bunun da bir çox səbəblərinin olduğu deyilir.
Bildirilir ki, AAYDA ölkədə ən iri büdcəsi olan dövlət qurumlarından biridir. Həmçinin bu qurum bir çox iri layihələrin icrasıdır. Ölkənin bütün avtomobil yollarının təmiri, yenidən salınması və digər işləri məhz AAYDA həyata keçirir.
Lakin bu qurumun fəaliyyətində şəffaflığın olmaması, adının mütəmadi olaraq neqativ məsələlərdə hallanması əsas hədəfə çevrilməsinə səbəb olub. Tribuna.az-a verilən məlumata görə, Maliyyə Nazirliyini maraqlandıran əsas məsələ AAYDA-nın daxilindəki “piramida”dır. Bu “piramida”nın əsas missiyası isə görülən işlərin həyata keçirilmə “mexanizmi”ni hazırlamaq və əldə olunan vəsaitləriin yerbəyer edilməsidir. Həmin prosesin başında isə AAYDA-nın Maliyyə İdarəsinin dayandığı iddia olunur.
Maliyyə Nazirliyini duyuq düşürən məsələlərdən biri də istifadə olunan mal və materialla yanaşı, görülən işlərin həcminin şişirdilməsidir. Məsələn, AAYDA yeni çəkilən yolun “trambovka”sını həyata keçirmək üçün əraziyə torpaq gətirir. Həmin torpaqın həcmi istənilən rəqəmlə ifadə oluna bilər. Yəni, AAYDA rəsmi sənədlərdə X yolun çəkilişi zamanı 300 maşın torpaqdan istifadə etdiyini qeyd edir. Bunu asfalt örtüyü vurulduqdan sonra müəyyən etmək çətindir. Lakin Maliyyə Nazirliyi optimal bir yol tapıb.
Belə ki, nazirlik agentlikdən həmin torpaq qatını haradan gətirdiyini göstərməsini tələb edir. Tutaq ki, agentlik hər hansı Y məntəqəsindən torpaq daşıdığını göstərir. Bu zaman nazirlik həmin ərazidə monitorinq apararaq, rəsmi rəqəmlərdə göstərilənlərlə ərazidəki fərqi müəyyən edir. Və ya torpaq meşə fondundan götürülbsə, yerli Meşə İdarəsi agentliyə nə qədər torpaq satdığını təsdiqləyən sənədi nazirliyə təqdim etməli olur.
Məhz bunun fonunda Maliyyə Nazirliyi qısa zamanda AAYDA-nın bir sıra gizli işlərinin üstünü açmağa nail olub. Ona görə də, əsaslı yoxlama aparılması üçün ilkin addımların atılmasına başlanılıb.
Bəzi mənbələr Tribuna.az-a açıqlamasında haddisələrin AAYDA-da həbslərə gətirib çıxaracağını ehtimal edirlər. Onlar bildirirlər ki, əgər ortada ciddi maliyyə yeyintisi olarsa, həbslər qaçılmaz olacaq. Çünki maliyyə naziri Sahil Babayev AAYDA rəhbəri Saleh Məmmədova güzəşt etmək fikrində deyil.
Qeyd edək ki, bu prosesdə adı hallanan əsas fiqur AAYDA-nın maliyyə idarəsinin rəisi Müseyib Mürsəl oğlu Həmzəyevdir. Onun agentlikdə “piramida” qurduğu, bütün maliyyə işlərinə bilavasitə nəzarət etdiyi, “dolanbac” işləri reallaşdırdığı deyilir.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin dekabrından etibarən AAYDA-da ixtisarlara və kadr dəyişikliyinə start verilib. Belə ki, adı övladlarına bahalı toy keçirməkdə hallanan AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanov və Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev artıq işdən azad olunublar. Onların təhvil-təslim etdiyi qeyd edilir. Yeni təyinatların isə yeni ilin əvvəlində olacağı deyilir.
Gələn məlumatlarda o da deyilir ki, Saleh Məmmədovun da durumu yaxşı deyil. Onun Bəylər Əyyubovun yaxın adamı olması, habelə adının bir çox məsələlərdə çəkilməsi işdən çıxarılma ehtimalını artırıb.
Bu əsnada onu da xatırladaq ki, Saleh Məmmədov, bu yaxınlarda qaçaqmalçılıqda ittiham olunaraq həbs edilmiş Ruslan Eyyubovun ən yaxın adımı kimi tanınır. Hətta onun AAYDA-da rəhbər kimi qalmasında Hacı Ruslanın böyük rolunun olduğu deyilir.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb