Neft ucuzlaşır, bu, büdcəyə necə təsir göstərəcək? - NATİQ CƏFƏRLİ İLƏ MÜSAHİBƏ
05-01-2026 [12:10]
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Venesuelada baş verən proseslərdən sonra dünya bazarında ucuzlaşan neftlə bağlı maraqlı açıqlamalar verib.
Mia.az onun sosial media səhifəsindəki sual-cavabını tqdim edir:
- Neft 2026-cı ildə ucuzlaşacaqmı?
-Bəli, bu il neftin ortalama (illik) qiymətləri 45-55 dollar arası olacaq,
- Neftin ucuzlaşması niyə baş verəcək?
- Dünyada neft bolluğu yaşanır, hələ ki, OPEC+ süni şəkildə qiymətləri 60 dollar civarında tuta bilib, amma, bu uzun müddət davam etməyəcək. Bundan başqa, bu il ABŞ-da ara seçkiləridir, Respublikaçılara ucuz neft-benzin lazımdır, çünki, orta statistik ABŞ seçicisinin xarici siyasət, Ukrayna, Rusiya, İran marağında deyil, hər səhər maşınına vurduğu benzinin qiyməti onun qərar verməsində birbaşa rol oynayır. Bundan başqa, ABŞ-da daxili yükdaşımaların 70%-ə yaxını yük avtomobilləri ilə həyata keçirilir ki, bu da mal-məhsulların maya dəyərinə ciddi təsir göstərir. Benzin və dizel yanacağı ucuzlaşdıqca, ölkə daxilində qiymətlər də düşür, inflyasiya azalır ki, bu da seçkidə Respublikaçılar üçün əlavə səs-seçici deməkdir,
- Azərbaycana ucuz neft quymətləri necə təsir göstərəcək?
- Məmləkətin problemi tək ucuz neft deyil, həm də hasilatın kəskin azalmasıdır. İndiki primitiv iqtisadi modelə baxsaq aydın olacaq ki, neft 45-50 dollar arası olsa, ÜDM göstəriciləri, maksimum, 1% civarında olacaq, ticarət dövriyyəsində mənfi saldo yaranacaq, ölkəmizə daxil olan valyutanın həcmi azalacaq. Amma, ucuz neftin birbaşa büdcəyə təsiri məhduddur – Neft Fondu neftin qoymətindən asılı olmayaraq büdcəyə nəzərdə tutulduğu qədər pul köçürəcək. Büdcəyə təsiri neft şirkətlərinin vergilərinin kəskin azalması ilə olacaq – bu il SOCAR, Bp (ABƏŞ) və digər neft şirkətlərinin büdcəyə ödədiyi vergilər azalacaq,
- Yaxşı, Azərbaycan hökuməti nə etməlidir?
- Qısa haşiə: ötən həftə Özbəkistan prezidentinin qızı, bu ölkənin prezident administrasiyasının rəhbəri Saida Mirziyoyeva böyük müsahibə verib və deyib ki, ölkədə ciddi islahatlar olacaq və ilk növbədə məhkəmə və hüquq-mühafizə orqanları dəyişəcək ki, iqtisadiyyatda ciddi artım baş versin. Bunu yazdım ki, hökumət ilk addımı harda atmalı olduğunu bilsin-düşünsün. Bəli, iqtisadi islahatlar məhz hüquq-mühafizə və məhkəmə orqanlarından başlamalıdır. Bu, birmənalı olaraq belədir. Digər məsələ isə odur ki, Azərbaycanın 80 mlrd. dollara yaxın təhlükəsizlik “yasdığı” var. Hökumət bu “yasdıqdan” sadəcə “yatmaq” üçün istəfadə edir, bu yolverilməzdir, 80 mlrd. dollar bizə 2-3 il rahat və sürətli islahatlar aparmaq üçün sərbəstlik verir, bu fürsəti indi qaçırsaq, o yasdığı yeyib-bitirəcəyik, sonra çox ağır durumla qarşı-qarşıya qalacağıq.
Hökumətin əsas yanlışı odur ki, büdcə gəlirlərinin azalmasını 1 nömrəli problem kimi görür, bu məsələni həll etmək üçün daha böyük yanlışa gedərək vergi-rüsum-cərimələri artırır. Halbuki, ölkənin 1 nömrəli problemi iqtisadi aktivliyin, əlavə dəyərin yaranma sürətinin zəifləməsidir!
Hökumət baxışını, prioritetlərini dəyişməlidir, əsas prpblemi iqtisadi daralma kimi görsələr, ilk bu məsələni həll etmək üçün addımlar atmaq lazım gələcək ki, bu da, tam tərsinə, vergi-rüsum-cərimələrin AZALMASINI mütləq edir.
Bəli, bu zaman ilk 2 ildə büdcəyə daxilolmalar azalacaq, amma bunun üçün də 80 mlrd. dollarlıq “yasdıq” var. Sonra hər şeyi doğru etsək, cəmi 2 ilə iqtisadi aktivliyin, əlavə dəyər yaratma sürətinin artması hesabına büdcəyə indikindən daha çox daxilolmalar baş verəcək – bəli, daha az vergi-rüsum-cərimə dərəcələri ilə daha çox pul yığmaq mümkündür! Bunu sübut etməyə hazıram - yığışsınlar, dəvət etsinlər, 2 saata fikrlərimi əsaslandırım!
Samir
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər