Putin Trampın sülh təşəbbüsünü əlinin tərsiylə geri çevirdi: "Zaporojye də bizim olacaq..."

img

30-12-2025 [00:09]


Rusiya Prezidenti Vladimir Putin dünən ABŞ prezidenti Tampla Zelenski arasında 20 maddəlik sülh planının müzakirəsindən sonra irəli sürülən yeni dialoq təklifini əlinin tərsiylə geri çevirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı rus ordusunun vəziyyəti ilə bağlı yüksək vəzifəli hərbçilərə videokonfransda verdiyi tapşırıqlardan aydın olub.

Putin döyüş bölgəsindəki real durumu dinlədikdən sonra Trampla Zelenskinin əsas müzakirə mövzusu olan bölgələrə iddiasını bir daha təkrarlayıb. O, Rusiyanın illərdir Ukraynanın Zaporojye bölgəsinin müdafiəsinə hazırlıq gördüyünü bildirib: "Zaporijjyanı tamamilə azad etmək üçün Şərq ordu birləşməsiylə koordinasyalı hücumu qısa müddətdə sonlandırmaq lazımdır. Düzdür, bizim ordumuz irəliləyir, Ukrayna ordusu bütün döyüş xətti boyunca hər yerdə geri çəkilir. Lkain bizim konkret hədəfimiz var. Rusiya və Ukrayna sərhədləri arasındakı təhlükəsizlik zonası genişləndirilməlidir. Bu, çox vacib bir vəzifədir, çünki bu, Rusiyanın sərhəd bölgələrinin təhlükəsizliyini təmin edir. Proses mütləq 2026-cı ildə də davam etdirilməlidir.

Zaporojye bölgəsinə gəldikdə, düşmənin illərdir orada müdafiə hazırlıqları gördüyünü bilirik. Lakin dediyim kimi, Zaporojye tam azad olunmalıdır".

Görüşdə iştirak edən Rusiya hərbi rəsmiləri Putinə ordunun Severskiy Donets çayı boyunca, Donetsk yaxınlığındakı Konstantinovka yaşayış məntəqəsində və Sumi və Slavyansk bölgələrində irəlilədiyi barədə məruzə ediblər.

Yeri gəlmişkən, bu gün Kreml sözçsü Peskov "Ukrayna qoşunları Donbasdan geri çəkilməlidir" mesajını verib. Rusiya XİN başçısı Lavrov isə Kiyevin Puitnin iqamətgahına hücum cəhdini əsas tutub, oxşar cavabla yanaşı, danışıqların istiqamətinin dəyişəcəyini bildirib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA