"Azərpoçt" sakinləri məktub dalıyca haraya göndərir? - “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”
29-12-2025 [09:00]
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) poçt filialları üzrə xidmətlərin təşkili və ərazilərin bölüşdürülməsi problem olaraq tam bir müəmmadı.
Mia.az xəbər verir ki, filialların xidməti zamanı ərazi seçiminin düzgün aparılmaması sakinlərin vaxt itkisinə və haqlı narazılığına səbəb olur.
Düzdü, son illərdə bütün xidmət sahələri üzrə fəaliyyətin elektronlaşdırılması bəzi komponenlər üzrə poçt xidmətlərinin aktuallığını sıradan çıxarıb. Məsələn, kommunal ödənişlər, bank borclarının ödənişi və s. üçün poçta getməyə ehtiyac yoxdu: bunu mobil tətbiqlərdən rahat etmək olar. Poçt filiallarının bütün xidmətlərinə tam gücüylə hazırda yalnız ucqar ərazilərdə ehtiyac var. Şəhər mərkəzlərində, xüsusilə paytaxtda poçt sadəcə, məktub, bağlama almaq üçün istifadə olunur. Amma necə?
Azərpoçtun Bakının rayonları üzrə filiallarının ərazi bölüşdürülməsi artıq illərdi, insanları narahat etməkdə davam edir. Sakinlərin yaşadığı ünvanlardan xeyli kənarda olan poçt filialına getməyə məcbur edilməsində məqsəd nədir?
Məsələn, Yeni Yasamal ərazisində 70 və 17 saylı 2 poçt filialı var: aralarında 3 kilometrə qədər məsafə var. 70 saylı filialın ərazisində yaşayanlar məktub və bağlama üçün 27 saylı filiala getmək məcburiyyətindədi. 70 saylı poçt filialının yerləşdiyi binanın sakini deyir ki, o, məktub və bağlama üçün 17 saylı filiala getməyə məcbur qalır: “Təsəvvür edin, mən evimin altında yerləşən 70 saylı poçta yox, 3 kilometr kənarda yerləşən 17 saylı poçta getməliyəm”.
"Azərpoçt" sakinlərin yaşayış yeri üzrə ünvanları niyə dəqiqləşdirmir? Və yaxud ümumiyyətlə, bu cür xəritələşmə mövcuddurmu? Sakinlərin yaşadığı ərazidə yerləşən poçt filialının xidmətindən istifadə etməsiylə bağlı bəlkə hansısa strateji və yaxud prinsipial planlama, qüvvədə olan təlimat, daxili sərəncamlara uyğun göstərişlər var, biz bilmirik?
Bundan başqa, poçt əməkdaşı abonentin evinə qədər gəlir, məktub və ya bağlamaya görə bildirişi verib gedir. Bildirişin üzərində filialın nömrəsi yox. Kiminlə əlaqə saxlayasan?
Xatırlayan varsa, bundan əvvəlki illərdə abonent ona məktub və ya bağlama olduğuna dair məlumatı telefonla əldə edə bilirdi. Eyni zamanda bildirişlərin üzərində poçt əməkdaşının, yaxud filialın nömrəsi olurdu və bu minvalla əlaqə saxlayırdın, yeri və vaxtı dəqiqləşdirirdin. İndi fəaliyyətin bu hissəsi ləğv edilib. Maraqlıdı, poçt xidmətləri il-ildən təkmilləşmək əvəzinə niyə bu qədər qəliz olsun ki?
Onsuz da şəhər camaatı üçün poçtun bir idarə olaraq əhəmiyyəti il-ildən azalmaqdadı. Burada təklif olunan xidmətlərin 90 faizini mobil tətbiqlər vasitəsinə çox rahat, asan, oturduğun yerdə, heç evdən, iş yerindən çıxmadan həll edə bilirsən. Belə yüksək rəqabət mühitində yalnız bağlama və məktub üçün poçtun qapısını döyənlərə əziyyət vermək bir az ciddiyyətdən, peşəkarlıqdan kənar deyilmi?
Məsələ ilə bağlı Azərpoçtun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova ilə əlaqə saxladıq. Şöbə müdiri bizə geridönüş edəcəyini bildirsə də, ondan xəbər çıxmadı.
Mövzuya yenə qayıdacağıq.
Zülfiyyə Mustafayeva
Mia.az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb