Abbaszadə "DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir", ekspert isə "təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir" idarə deyir
26-12-2025 [09:05]
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə şagirdlərin repetitora ehtiyac duymamasının mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir və əgər şagird nizam-intizamlıdırsa, müstəqil şəkildə öz üzərində işləməyi bacarırsa, əlavə hazırlığa ehtiyac qalmır.
Mia.az xəbər verir kiI mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov isə bu fikirlə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Məleykə Abbaszadə uzun illər dərsliklərin monitorinqini aparan qurumun rəhbəri kimi dərsliklərin real vəziyyətini çox yaxşı bilir:
“Məleykə xanım özü uzun müddət dərsliklərin bu qədər bərbad olması ilə mübarizə aparan şəxslərdən biridir. Tək özü yox, rəhbərlik etdiyi qurumla birlikdə bu problemləri dəfələrlə qaldırıb. Amma təəssüf ki, Dövlət İmtahan Mərkəzinin dərsliklərlə bağlı verdiyi təkliflər nəzərə alınmadı. Görünür, sonda DİM də bu mübarizədən yoruldu”.
Ekspert qeyd edib ki, bu gün dərsliklərin hazırlanma prosesi təhsil məqsədlərinə deyil, biznes maraqlarına xidmət edir:
“Dərslik mənbədir və yüksək peşəkarlıqla hazırlanmalıdır. Burada pedaqoji, psixoloji və metodiki mexanizmlər nəzərə alınmalıdır. Amma bizdə dərslik hazırlığı artıq sırf biznes xarakteri daşıyır. Bu gün dərsliklərin bərbad olmasının nəticəsidir ki, uşaqlar birinci sinifdən repetitor yanına gedirlər. Ali məktəbə qəbul olunan hər yüz nəfərdən yüzü repetitor yanına gedib. Bu dərsliklərlə, bu proqramla ali məktəbə hazırlaşmaq mümkün deyil”.
O, dərsliklərin hazırlanmasına birbaşa cavabdeh olan qurumlara da irad bildirib:
“Dərsliklər Elm və Təhsil Nazirliyinin komissiyaları tərəfindən hazırlanır və bu prosesə Təhsil İnstitutu məsuliyyət daşıyır. Təhsil İnstitutunun rəhbər heyətinin, yaxud direktorunun təhsillə bağlı elmi-pedaqoji araşdırması varmı? Nazirliyin özünün bu sahədə tədqiqatı varmı? Təhsil İnstitutu imtahanlar, layihələr həyata keçirməklə və dövlət büdcəsini xərcləməklə məşğuldur. Dərsliklər əsasən repetitor müəllimlərə yazdırılır. Repetitor psixologiyasında isə əsas məqsəd qısa müddətdə çox informasiya ötürməkdir. Bu səbəbdən dərsliklərdə dövlət standartlarının tələb etdiyi məlumat xarakterli, yorucu informasiyalar üstünlük təşkil edir”.
Elşən Qafarov vurğulayıb ki, dərsliklərin keyfiyyətsizliyi artıq hamıya bəllidir:
“Bu gün nə valideyn, nə şagird, hətta dərsliklə dərs deyən müəllimlərin özləri belə dərsliklərin nə qədər bərbad olduğunu yaxşı bilirlər. Sistemdə boşluq yoxdur, sistem başdan-ayağa boşdur”.
Ekspert problemin həlli ilə bağlı da təkliflərini açıqlayıb: “Nə qədər ki, təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edəcək, problem davam edəcək. Təhsil sisteminin idarə edilməsinə təhsili bilən, təhsil fəlsəfəsini anlayan insanlar gətirilməlidir. Ondan sonra dərsliklər, təhsil proqramları, kadr hazırlığı və digər məsələlər qaydaya salına bilər. Əks halda bu böhran davam edəcək”.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb