Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar

img

25-12-2025 [17:52]


Prezident İlham Əliyev "Daxili qoşunları haqqında" qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, qanun Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Qanunda daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.

Bundan əlavə, yeni qanunla Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir. Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA