Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər

img

24-12-2025 [17:19]


Türkiyədə məşhur müğənni Güllünün Yalovada yaşadığı evin  pöncərəsindən atılaraq öldürülməsində "əl"i olduğu iddia edilən qızı Tuğyan Ülkem Gülter həbsxanada döyülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu səbəbdən Gebze Həbsxanasından Silivri Həbsxanasına köçürülüb.

NTV kanalının xəbərinə görə, 4 nəfərlik kamerada saxlanılan Güllünün qızının psixoloji problemləri də yaranıb: "O, yemir, içmir. Kameradakı dustaqlar isə ona həm fiziki, həm də psixoloji təzyiq göstərirlər. Bəzən isə Güllünün mahnılarını ucadan ifa etməklə, qızını "günc"ə sıxışdırırlar...".

Xatırladaq ki, 26 sentyabrda Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq ölən müğənni Güllünün ölümü ilə bağlı istintaq davam edir. Onun ölümündə qızı Tuğyan Ülkem Gülter ittiham olunur.

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA