Məşhur futbolçu karyerasını bitirib - 32 yaşında

img

24-12-2025 [08:55]


Bir vaxtlar "Barselona", "​​​​İnter" və PSJ kimi dünya səviyyəli komandalarda oynayan Rafinha aktiv futbolla vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 32 yaşlı futbolçunun özü açıqlama verib.

O, artıq yaşıl meydanlarla vidalaşdığını bildirib: "Son illərdə çox zədələndim. Və bu da bir az erkən yaşıl meydanlarla vidalaşmamda əsas oldu..."

Yeri gəlmişkən, Rafinha son olaraq Qətərin "Əl-Ərəbi" komandasında oynayıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA