Madurodan tankerlərinə "əl qoyan" ABŞ-a növbəti etiraz: "Bu, müharibə silahına çevrilə bilməz"

img

23-12-2025 [09:46]


"ABŞ-ın Venesuelaya məxsus neft tankerlərini ələ keçirməsi qlobal iqtisadiyyata mənfi təsir göstərəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu xəbərdarlığı Venesuela Prezidenti Nikolas Maduro edib.

O, telekanal vasitəsiylə xalqa müraciətində deyib ki, ABŞ-ın bu hərəkəti yalnız Venesuela ilə məhdudlaşmayacaq, bütün regionun sabitliyini təhdid edəcək: "Venesuelanın enerji ticarətini əngəlləyən blokada və piratçılıq neft və enerji təchizatına təsir edəcək, beynəlxalq bazarlarda qeyri-sabitliyi artıracaq və Latın Amerikası və Karib dənizi ölkələrinin, eləcə də dünyanın, xüsusən də ən həssas ölkələrin iqtisadiyyatına ciddi zərər verəcək. Enerji müharibə silahına və ya siyasi təzyiq alətinə çevrilə bilməz. ABŞ Karib dənizindəki təcavüzkar hərəkətlərə və hərbi qarşıdurmaya son qoymalıdır"

Maduro ölkəsinin sülhə sadiq olduğunu deyib. O, əlavə edib ki, Venesuelanın ərazi bütövlüyünü və təbii sərvətlərini beynəlxalq hüquq çərçivəsində müdafiə edəcəkər.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA