12 yaşlı uşaq məktəb direktorunu güllələdi - Türkiyədə + FOTOLAR

img

22-12-2025 [15:57]


Türkiyədə 12 yaşlı uşaq məktəb direktorunu güllələyib.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, hadisə Mersinin Anamur rayonunda baş verib.

Məlumata görə, 12 yaşlı bir oğlan məktəbin həyətində məktəb direktoru Ender Karanı tüfənglə vuraraq ağır yaralayıb: "Hadisə direktorun ötən həftə məktəbə elektrikli velosipedlə məktəbə gələn şagirdə xəbərdarlıq etməsinə görə yaşanıb.

Evdən tüfəng götürüb məktəbə gələn 12 yaşlı M.K ad-soyadlı şagird Rüştü Kazım Yücelen orta məktəbinin həyətində  direktor Ender Karanı güllələyib. O, ağır  vəziyyətdə Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Hadisədən sonra 12 yaşlı şagird və atası Y.K. saxlanılıb..."

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA