Baş katib Ukraynanın NATO-ya yolunu qapatdı, Putinə isə xəbərdarlıq etdi: "Praktik olaraq mümkün deyil, Rusiya isə bilməlidir ki..."
19-12-2025 [00:25]
"Ukrayna prinsipcə Alyansa üzv olmaq üçün müraciət edə bilər, lakin Kiyevin üzvlüyü hazırda ABŞ, Macarıstan, Slovakiya və bir neçə digər müttəfiqin "yox" deyəcəyi səbəbindən praktik olaraq mümkün deyil".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Polşada Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamışla birgə mətbuat konfransında deyib.
O, Polşanın ümumi daxili məhsulunun 4,5 faizindən çoxunu müdafiəyə xərclədiyini və tezliklə F-35 qırıcı təyyarələri almağa başlayacağını, həmçinin 2035-ci ilə qədər əsgər sayını 300.000-ə çatdıracağının NATO-ya böyükgüc verəcəyini bidirib. Rutte qeyd edib ki, Polşa Rusiyanın Ukraynaya hücumuna qarşı duran əsas ölkələrdən biridir: "Əlbəttə, bu gün Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Polşa bunu çox yaxşı bilir. Əgər Ukrayna məğlub olarsa, bunun dağıdıcı nəticələrinin olacağını hər kəs bilməlidir. Əlbəttə, Ukraynanın NATO-ya potensial üzvlüyünün qarşısını kəsən prinsip və təcrübə amili var. Dediyim kimi, prinsipcə Avroatlantik bölgəsində istənilən ölkə NATO üzvlüyünə müraciət edə bilər. Ancaq bunu üzv ölkələrin hər biri təsdiqləməlidir. Bəli, açıq deməliyik ki, bir neçə müttəfiq ölkənin Ukraynanın NATO-ya daxil olmasını təsdiqləməyəcəklərini bilirik, yəni, aramızdaa konsenus yoxdur. Bu ölkələrə Macarıstan, ABŞ, Slovakiya və bəlkə də bir neçə başqa ölkənin adını da əlavə edə bilərik"
Rutte hazırda müzakirə olunan sülh danışıqlara da toxunub və bildirib ki, Kiyevin rusların gələcək hücumundan sığorta tələbi anlaşılandır: "Hazırda bu istiqamətdə iş gedir. Sözsüz ki, müdafiə xəttinin birinci təbəqəsi Ukrayna ordusudur, ikinci təbəqəsi Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi sülhməramlı koalisiya, üçüncü təbəqəsi isə ABŞ-ın təhlükəsizlik zəmanətləri nəzərdə tutulur. Hazırda təhlükəsizlik zəmanətlərinin məzmunu ilə bağlı danışıqların davam edir. Bu, son dərəcə vacibdir, çünki sülh müqaviləsi zamanı Ukraynanın NATO üzvlüyünün praktik mümkün olmadığı dəqiq olduğundan alternativi çox mühimdir. Elə bir zəmanət olmalıdır ki, Rusiya gələcəkdə hər hansı bir durumda hücuma cəsarət etməsin. Putin bilməlidir ki, sülh müqaviləsindən sonra Ukraynaya yenidən hücum etməyə çalışsa, bunun dağıdıcı nəticələri olacaq."
Firudin Səfərli
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib