"Karvan-Yevlax"dan AFFA-ya şikayət olunub

img

18-12-2025 [18:00]


Azər Həşimov "Karvan-Yevlax"dan AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət edib.

Bunu Yevlax təmsilçisindən kənarlaşdırılan baş məşqçinin vəkili Elcan Həsənli deyib.

O, mütəxəssisin hüquqlarının pozulduğunu söyləyib:

"Bir müddət gözləmə mövqeyi tutduq ki, klub tərəfindən Azər Həşimova kompensasiya ödənilsin və məsələ həllini tapsın. Lakin nəticə çıxmadı. Artıq AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət ünvanlanıb. Sona qədər mübarizəmiz davam edəcək. Bütün bunlar hüquqi işlərdir, məhkəmə prosesi uzun çəkə bilər. Sonda istəyimizə nail olacağımıza inanıram. Qərar bizi qane etməsə, AFFA Apellyasiya Arbitraj Tribunalına üz tutacağıq".

Qeyd edək ki, bir müddət əvvəl "Karvan-Yevlax" baş məşqçi Azər Həşimovun müqaviləsinə birtərəfli xitam verib(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA