21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır

img

18-12-2025 [14:53]


Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır.

Bu barədə Hərbi Prokurorluqdan Mia.az-a bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb.

“Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı hazırda araşdırma davam etdirilir”, - məlumatda vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA