Ağsuda dələduzluqda ittiham olunan şəxs tutulub

img

18-12-2025 [10:08]


Ağsu rayonunda dələduzluqda ittiham olunan şəxs tutulub.

Mia.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev saxlanılıb.

O, saxta sənədlər hazırlayaraq vətəndaşların dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ keçirib.

K.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA