Trampdan Ukrayna ilə bağlı mesaj: "Proses ehtiyatla, lakin müsbət şəkildə davam edir"

img

16-12-2025 [10:22]


"Rusiya ilə Ukrayna arasındakı müharibə Avropa liderləri ilə müzakirə olunub və proses çox yaxşı davam edir. Uzun bir görüş idi. Görünür, işlər yaxşı gedir, amma biz də bilirik ki, bu, çətin bir prosesdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp bildirib ki, savaşın bitməsi yönündə diplomatik proses ehtiyatla, lakin müsbət şəkildə davam edir.

Ukrayna prezidenti Zelensky ilə də uzun bir telefon danışığı apardığlnı da deyən Tramp bildirib ki, Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Birləşmiş Krallıq, Polşa, Norveç, Danimarka və Hollandiya liderləri ilə  da 28 maddəlik  təklifi ilə bağlı məsləhətləşib: "Razılaşmadan sonra müharibənin yenidən başlanması və ya genişlənməsinin qarşısını almaq üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirik. Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətləri Avropa ilə əməkdaşlıq çərçivəsində formalaşdırılır. Avropa bu prosesin böyük bir hissəsi olacaq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:25 16.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA