Onlar müavin təyin olundu
12-12-2025 [09:48]
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə iki kollecə təyinatlar olub.
Mia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr təhsili almışdır, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili və metodikası" ixtisası üzrə davam etdirir. Ə.Məmmədov əmək fəaliyyətinə 2017-ci ildə Bərdə rayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlamışdır, həmçinin Ağdam rayon 93 saylı köçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndiana Universitetinin Qlobal köçkünlük kontekstində müəllimləri dəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyada keçirilən təlimlərdə iştirak etmişdir. İsmayıl Məmmədov bakalavr təhsilini Bakı Dövlət Universitetində "Regionşünaslıq" ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi (Maliyyə)" ixtisası üzrə almışdır. Müxtəlif illərdə bir neçə özəl şirkətdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, son təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı kafedrasında müəllim kimi fəaliyyət göstərib.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb