"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
11-12-2025 [15:36]
Generalla kapitanı üz-üzə gətirən “şabalıd işi” üzrə məhkəmə araşdırması gərgin atmosferdə davam edir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.
Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl əməkdaşımızın prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Digər zərərçəkmişlər bu məsələdə generalı dəstəkləsələr də, müdafiə tərəfi prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.
Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib: “Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam”.
Məhkəməyə sədrlik edən hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca general Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.
General deyib ki, Ayazı Fövqəladə Hallar Nazirliyində idarə rəisinin müavini təyin edildikdən sonra tanıyıb. Ayaz idarənin nümunəvi zabiti olub, əsas da bu cəhətinə görə ondan xoşu gəlib. Sonradan isə onlar birlikdə iş qurmağa razılaşıblar: “Məni inandırdı ki, şabalıd ticarətində çox yaxşı pul var. Ona maddi dəstək olsam, böyük pullar qazanacağıq. Deyirdi ki, qızıl neft deyil, şabalıddır. Nəsə bunun sözləri məni şirnikləndirdi. İşə başlaması üçün ilk dəfə 13 min, bir neçə gün sonra da 80 min manat verdim. Açığı əvvəllər dediyini elədi. Etiraf edirəm ki, mənə “paçka”larla pul verib.
Hətta qohumlarıma da bu işdən danışdım, dedim gəlin, siz də qoşulun. Ələsgər Məhərrəmov var, əvvəllər vergidə işləyib. Söhbət zamanı dedim ki, şabalıd işinə baxırıq, monopolistik. Bundan sonra o da bu işə qoşulmaq üçün Ayaza 30 min dollar verdi. Hazırda da zərərçəkmişlərdən biridir, hələ də pulunu ala bilməyib.
Bir müddət sonra Ayaz gəldi ki, bəs bir nəfər şabalıd xammal istəyir. Amma istədiyi qədər məhsulu gətirə bilməsi üçün 339 min manat lazımdır. Məni inandırdı ki, bu, çox yaxşı fürsətdir, qat-qat çox qazanacağıq. Bayaq dediyim kimi, elə danışırdı ki, adamı lap şirnikləndirirdi. Buna görə də həmin pulu ona verdim. Bundan əlavə, sonu eyni rəqəmlə bitən “BMW”, “Lexus”, “Kia” markalı avtomobillərimi satması üçün baş etibarnamə ilə adına keçirdim. Axırı da gəldi belə oldu, bir ara ölkədən də qaçdı. Bu adamın bir sözü var idi, iki-üç aydan bir deyirdi ki, yağışa düşdük, şabalıd batdı”.
General prokurorluğa etdiyi şikayətdə Ayaz Bayramovun onun 984 min manatını ələ keçirdiyini yazıb. Amma məhkəmədə məbləğlə bağlı ifadəsini dəyişib. Sonradan yadına salıb ki, Ayaz 984 min manatın 256 minini ona qaytarıbmış: “Elə olurdu ki, Ayaza deyirdim filan toya 500 manat yazdır. Və ya kiməsə filan qədər pul göndər. Bundan əlavə, mən klinikada olanda müəyyən qədər pul verib. Mən hesablamışam, bütün bunlar da 256 min 370 manat edib. Yəni indi mənə 728 min manat verəcəyi var”.
Zeynalov prokurorun sualına cavabında bildirib ki, Ayazın dediyinə görə, Bakıda şabalıd biznesinə hakim olmaq üçün 3 milyon, Gəncə bazarına da nəzarəti ələ almaq istəsə, əlavə 1 milyon 500 min manat lazım imiş.
Ayaz Bayramov isə generalın yalan danışdığını, ondan aldığı pulları artıqlaması ilə qaytardığını söyləyib. Prosesin davamında hakim ifadə vermək üçün ona söz verib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Raul Zeynalov özü bizneslə məşğul olmaqda maraqlı olub. Daha əvvəl də qoyun alveri ilə məşğul olub. Dediyinə görə, bu barədə general özü ona danışıb. Bir ara Gürcüstandan qoyun gətirib satdıqlarını, lakin sonradan alveri alındıra bilmədiklərini deyib.
“Amma mənimlə işləməyə başlayandan sonra ona yaxşı pul qazandırdım. Gecəmi-gündüzümə qatıb işləmişəm. Raul mənim əziyyətimdən ortaya çıxan pullarla özünə 109 min manata maşın alıb. Nə qədər pul veribsə, hamısını artıqlaması ilə qaytarmışam. İndi gəlib burda boş-boş danışırlar”, - təqsirləndirilən kapitan əlavə edib.
İş vaxtı başa çatdığından təqsirləndirilən şəxs ifadəsini bitirə bilməyib. Proses gələn həftənin eyni günündə qaldığı yerdən davam edəcək. Hakim Zaur Hacıyev Raul Zeynalova həmin gün də prosesdə iştirak etməli olduğunu xatırladıb.
Qeyd edək ki, cinayət işi üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. Dəymiş ziyanın ümumi məbləği 2 milyon 800 min manatdır.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb