Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr 

img

11-12-2025 [09:14]


UEFA Çempionlar Liqasının 6-cı tur həyəcanı yekunlaşdı.

Mia.az xəbər verir ki, "Qarabağ" və "Qalatasaray"ın uduzduğu turda bəzi oyunlarda da sürpriz nəticə ortaya çıxıb.

Məsələn, "Arsenal" səfərdə "Brügge"yə 3-0 hesabı ilə qalib gələrək 6 oyundan 6-sında qələbə qazanaraq liderliyini qoruyub, "Liverpul" səfərdə qalib gəlib, "Çelsi", "Real" məğlub olublar.

Beləliklə, 6-cı turun nəticələri:

9 dekabr:

Kayrat (Qazaxıstan) - Olimpiakos (Yunanıstan): 0-1

Bavariya (Almaniya) - Sportinq (Portuqaliya): 3-1

Monako (Fransa) - Qalatasaray: 1-0

İnter (İtaliya) - Liverpul (İngiltərə): 0-1

Tottenhem (İngiltərə) - Slaviya Praqa (Çexiya): 3-0

Union Sen-Jilyuaz (Belçika) - Olympik Marsel (Fransa): 2-3

Barselona (İspaniya) - Ayntraxtt (Almaniya): 2-1

Atalanta (İtaliya) - Çelsi (İngiltərə): 2-1

PSV (Hollandiya) - Atletiko Madrid (İspaniya): 2-3

10 dekabr:

Qarabağ (Azərbaycan) - Ayaks (Hollandiya): 2-4

Vilyarreal (İspaniya) - Kopenhagen (Danimarka): 2-3

Atletik Bilbao (İspaniya) - PSJ (Fransa): 0-0

Bayer Leverkuzen (Almaniya) - Nyukasl Yunayted (İngiltərə): 2-2

Benfika (Portuqaliya) - Napoli (İtaliya): 2-0

Borussiya Dortmund (Almaniya) - Bodo/Qlimt (Norveç): 2-2

Klub Brügge (Belçika) - Arsenal (İngiltərə): 0-3

Yuventus (İtaliya) - Pafos (Kipr): 2-0

Real Madrid (İspaniya) - Mançester Siti (İngiltərə): 1-2

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA