BMT-dən İsrailin Qəzzanın bir hissəsinə iddiasına etiraz: "Bu, yolverilməzdir"

img

10-12-2025 [11:13]


Birləşmiş Millətlər Təşkilatı İsrailin "sarı xəttin" yeni sərhəd olması ilə bağlı açıqlamasını qəbuedilməz sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT sözçüsü Stefan Dujarrik mətbuat konfransında jurnalsitlərin suallarını cavablandırıb.

O, İsrail Baş Qərargah rəisi Eyal Zamirin atəşkəs zamanı İsrail ordusunun olduğu və "sarı xətt"lə işarələnmiş Qəzzadakı həmin ərazilərin artıq yeni sərhəd olmasını beynəlxalq hüquqa zidd sayıb: "Qəzza-İsrail sərhədində ediləcək hər hansı bir dəyişikliyə qəti şəkildə qarşıyıq. Bu, yolverilməzdir"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA