Belçikanın müdafiə naziri: "Türkiyəsiz təhlükəsizlik ssenarisinə güvənmirəm"

img

09-12-2025 [12:22]


"Bizə - Avropaya türk xalqı, türk sənayesi, türk siyasəti və türk diplomatiyası lazımdır. Düşünürəm ki, bu, çox vacibdir. Türkiyəsiz təhlükəsizlik ssenarisinə güvənmirəm"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Belçika müdafiə və xarici ticarət naziri Teo Franken Türkiyənin Brüsseldəki səfiri Barış Tantekinin rəsmi iqamətgahda təşkil etdiyi qəbulda deyib.

Nazir çıxışında bildirib ki, 8 dekabrda ilk dəfə keçirilən Türkiyə-Belçika Müdafiə Sənayesi Günündə iştirak edib və belə tədbirlərin davamlı olması müsbət addımdır: "Türkiyə və Belçika əməkdaşlıq etməli və birlikdə çalışmalıdırlar. Türkiyənin çox güclü müdafiə sənayesi və böyük şirkətləri var. Belçika daha kiçik bir ölkədir. Bizim eyni ordumuz və ya eyni imkanlarımız yoxdur. Ancaq bizim Türkiyə kimi yüksək texnoloji imkanlarımız var. O səbəbdən hər iki ölkədən olan şirkətlər bir araya gəlməli, birgə layihələrlə bir-birlərini tamamlamalı və önə çıxmalıdırlar".

Franken deyib ki,  Türkiyə ilə Belçika arasındakı ikitərəfli münasibətlər çox yaxşı vəziyyətdədir: "Ancaq hesab edirəm ki, iki NATO üzvü olaraq, biz əlaqələrmizi daha üst səviyyəyə çıxarmalıyıq"

Nazir Franken qeyd edib ki, Türkiyə Ukrayna ilə müharibə prosesində də aparıcı rol oynayır: "Türkiyə bu sahədə əhəmiyyətli təcrübəyə malikdir..."

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA