“Rahat Telecom” MMC və “SN Telecom” MMC də satıldı - "AG Telekom"a, yoxsa...?
08-12-2025 [17:28]
"AG Telekom" MMC (KATV1 brendi) şirkəti, “Rahat Telecom” MMC və “SN Telecom” MMC-nin ona qoşulması ilə yenidən təşkil edilir və adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir.
"Rahat Telecom" MMC şirkəti “AG Telekom” MMC-yə qoşulması nəticəsində ləğv edilir. Həmçinin “SN Telecom” MMC şirkəti də “AG Telekom” MMC-yə (VÖEN: 1700475461) qoşulması nəticəsində ləğv edilir.
"SN Telekom” MMC (SNTV) Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən rəqəmsal xidmət təminatçılarından biridir. SNTV brendi uzun illərdir ki, Sumqayıt şəhərində telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır. Şəhər sakinlərinin TV və İnternet istəklərini günün tələblərinə görə tam yerinə yetirir.
2005-ci ildə təsis olunmuş "Rahat Telekom" MMC Azərbaycanın telekommunikasiya şirkətlərindən biridir. Şirkət 2008-də internet xidmətləri, 2012-də fiber-optik şəbəkələr və yüksək sürətli internet təqdim etməyə başlayıb.
KATV1 brendi ("AG Telekom" ) uzun illərdir ki, ölkənin telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır.
2009-cu ildə dövlət qeydiyyatına alınmış və 36 milyon 335 min 617 manat nizamnamə kapitalı olan "AG Telekom" MMC-nin qanuni-təmsilçisi Nəhmədov İlqar Şamil oğludur. Şirkət 03 Dekabr 2025-ci il tarixindək 200 min 40 manat nizamnamə kapitalına malik idi.
27 milyon 302 min 65 manat nizamnamə kapitalı olan “Rahat Telecom” MMC-nin qanuni təmsilçisi Abbasov Samir Zabit oğlu, 4 milyon 900 min 25 manat nizamnamə kapitalı olan SN Telecom” MMC-nin qanuni təmsilçisi Qurbanov Bəhram Tahir oğludur/Marja.az
P.S. Mia.az xəbər əlavə olaraq qeyd edir ki, “CityNet” ticarət nişanının sahibi “Uninet” MMC “KATV1” ticarət nişanının sahibi “AG telekom” MMC 4 ay əvvəl satın alıb.
Buradan isə belə nəticəyə gəlmək olar ki, “Rahat Telecom” MMC və “SN Telecom” MMC əslində "AG Telekom"a deyil, City Net-ə satılıb.
Həmin vaxtı yayılan məlumata görə, hər iki MMC-nin qanuni təmsilçisi artıq İlqar Şamil oğlu Nəhmədovdur. “AG telekom”un əvvəlki qanuni təmsilçisi isə Samir Qurbanov olub.
Şirkətin 2024-cü ilin sonlarınadək dövlətə yarım milyon manata yaxın vergi borcu olub.
“Uninet” Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 113, “AG telekom” isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81 ünvanında qeydiyyatdadır.
Qeyd edək ki, bundan əvvəl isə "Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulub.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər