Saatlının iki kəndi içməli su ilə təmin olundu - FOTO
04-12-2025 [15:31]
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, tədbirdə ADSEA sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli, içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.
Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Mollavazlı kəndinin mövcud su şəbəkəsinin genişləndirilməsi məqsədilə uzunluğu 7 km olan su şəbəkəsi inşa edilib və ümumilikdə abonentlərin sayı 350-yə çatdırılıb. Eyni zamanda Bəylər kəndində də 4 km uzunluqda su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 296 çatdırılıb. Ümumilikdə hər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacları ilə təchiz edilib.
Layihə çərçivəsində Mollavazlı və Bəylər kəndləri üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təchiz edilib.
Qeyd edək ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi Kür Su Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərin 11.7 km olan magistral su kəməri, 136 km olan daxili paylayıcı şəbəkə, 1 meydançada həcmi 2x5000 m3 olan su anbarlar kompleksi və 1 ədəd mərkəzi su nasos stansiyası istismar olunur. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentinin sayı isə 1281 nəfər təşkil edir. Ümumi olaraq 5779 abonentə xidmət göstərilir. Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizat xidməti göstərilir. Həmçinin 26 kənddə modul tipli içməli su təmizləyici qurğular olmaqla bulaqlar vasitəsilə su təminatı həyata keçirilir.
2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əlisoltanlı, Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin və sayğacların quraşdırılması işləri və həmçinin su təminatı zəif olan Nabat və Çolpı kəndlərinin su təminatı məqsədilə 2026-2027-ci illərdə su təchizatı sisteminin layihə sənədlərinin hazırlanması və tikintisi işlərinin icrası planlaşdırılır.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb