“Azercell” qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir - FOTOLAR
03-12-2025 [12:47]
“Azercell Telekom” MMC qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılması istiqamətində gördüyü silsilə tədbirləri davam etdirir.
Mia.az xəbər verir ki, şirkət “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” müsabiqəsinin qaliblərini elan edib.
Qiymətləndirmə zamanı dayanıqlıq, sosial təsir, rəqəmsal inklüzivliyin təşviqi, həmçinin texnologiya vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılması kimi meyarlara cavab verən layihələrə üstünlük verilib.
Final mərhələsinə beş layihə keçib. Təqdim olunan ideyalar əsasən qadın sahibkarlığının inkişafı və təhsilin gücləndirilməsi istiqamətlərini əhatə edib. Finalda iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər qarşısında layihələrini təqdim ediblər. Münsiflər heyətinin yekdil qərarına əsasən “Future Fem”, “Start Her” və “Robo Girls” layihələri qalib elan olunub.
“Future Fem” layihəsi qadınların sahibkarlıq, innovasiya və liderlik sahəsində praktiki bilik və bacarıqlarını artırmağı, onların iqtisadi və sosial həyatda rolunu gücləndirməyi hədəfləyir. Eyni zamanda, qadın liderlər və texnologiya mütəxəssisləri ilə mentorluq imkanları yaradır.
“Start Her” layihəsi çərçivəsində Quba rayonu və ətraf kəndlərdən 20 gənc qıza startap və sahibkarlıq, eləcə də liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün 3 ay ərzində təlimlər təşkil olunacaq. Təlim proqramının sonunda qızların qazandıqları bilikləri və ideyalarını nümayiş etdirmələri üçün hakaton keçiriləcək.
“Robo Girls” layihəsinin məqsədi Beyləqan və ətraf kəndlərdə təhsil alan qızların robototexnika və texnologiyalara marağını gücləndirmək, eləcə də yeni nəsil qadın İT və süni intellekt mütəxəssislərinin yetişdirilməsinə töhfə verməkdir.
Təşəbbüslərin reallaşdırılmasına dəstək məqsədilə Azercell ümumilikdə 30.000 AZN vəsait ayırıb. Müsabiqənin qiymətləndirilmə prosesi şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanaraq, bu sahədə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib.
“Azercell Telekom” MMC müsabiqəyə qatılan bütün iştirakçılara təşəkkür edir, qaliblərə layihələrinin həyata keçirilməsində uğurlar arzulayır. Şirkət ölkədə innovasiya və inklüzivliyin təşviqinə töhfə verən layihələrə dəstək olmağa davam edəcək.



AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər