Natiq Cəfərli: "Köhnə müxalifət təmsilçiləri inciməsinlər, “bəyanat” kimi ciddi siyasi terminləri gözdən salıblar"
02-12-2025 [15:16]
"İki gündür kiçik bir qrup sosial şəbəkələrdə mənə ünvanladıqları irad var ki, niyə biz, REAL Partiyası, şəxsən mən Əli Kərimlinin həbsi ilə bağlı kəskin bəyanat vermirik. Hhalbuki, son 2 gündə bu məsələyə aid çox aydın iki yazım olub. Həmin dəstə onu da yazır ki, mən və ya digər REAL-çılar həbs olunanda Əli Kərimli bizi müdafiə edib. Birincisi, sağ olsun ki, edib, ikincisi, şəxsən mən insanları yox, prinsipləri, dəyərləri müdafiə etməyi daha doğru sayıram. Hətta bəyənmədiyim birinin belə hüquqlarını prinsiplərimə görə müdafiə edirəm. Bu anlamda da məhkəmə qərarı, əlaqədar orqanların daşdan keçən sübutları olamadan, Kərimli təqsirsizlik prezumpsiyasına uyğun olaraq, açılan cinayət işində şübhəli şəxsdir, təqsiri sübuta yetirilməyib. Kərimlinin hakimiyyətlə, Mehdiyevlə əlaqələrinin olması siyasi mülahizədir, bu haqda illərdir danışılıb, onlarla məqalə, müsahibə, şahidlərin xatirələri, yəni, ehtimallar və siyasi analizlər var. Hakimiyyətin borcu isə siyasi qiymət yox, hüquqi qiymət verməkdir. Hüquqi qiymət isə ancaq dəlillərlə, sübutlarla ola bilər".
Mia.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O daha sonra bəyanat tələblərinə toxunub: "Gələk bəyanat məsləsinə. Köhnə müxalifət təmsilçiləri inciməsinlər, amma, “bəyanat, tələb”, kimi ciddi siyasi terminləri gözdən salıblar. Məsələn, köklü, hörmətə layiq partiyalardan biri bəyanat qəbul edib və ilk cümləsi belədir: “Əli Kərimlinin azadlığa buraxılmasını tələb edirik”.
Bizim, müxalifətin tələbi hakimiyyətin vecinə də deyil, amma, ciddi siyasi ardıcıllıq budur ki, tələb edirsən, tələb yerinə yetirilməyəndə, hansısa əməli addım atırsan. O addım yoxdursa, tələbin nə anlamı var?! İllərdir də məhz belədir, “filan şeyi, filankəsin azad olunmasını tələb edirik”, kimi bəyanatlar verirlər, amma, bəyanat heç bir dəyəri olmayan kağız parçasına çevrilir. Biz imzamiza hörmət edirik deyə, “tələb” etmirik, çünki, tələbimiz yerinə yetməyəcək, bu tələbi yerinə yetirməyə məcbur etmək üçün isə alətimiz yoxdur".
Partiya sədrinin sözlərinə görə, son iki gündür bəzi iqtidar nümayəndələri AXCP və Müsavat Partiyalarının bağlanmasını tələb edən açıqlamalar verirlər:
"Yanlış olmaqla yanaşı, hüquqa da zidd açıqlamalardır. Çünki, qanunu şəxs (şəxslər) poza bilər, onlara qarşı dəlillə-sübutla davrana bilərlər, siyasi partiya isə institutdur, şəxslərə görə cəzalandırılmamalı, bu partiyalar bağlanmamalıdır. Ona qalsa, YAP üzvləri olan onlarla korrupsionerlər, cinayət əməlləri törədənlər, məhkəmə qararları ilə günahlari sübut olunanlar var, bu YAP-a ancaq siyasi məsuliyyət yaradır. Eyni qaydada, istənilən partiyada qanunları pozanlar ola bilər, bu şəxsi məsuliyyət məsələsi olduğuna görə, siyasi partiya buna görə cəzalandırıla bilməz, amma, həmin partiyada siyasi məsuliyyət yükü yaradır.
Ümumiyyətlə, siyasi partiyalar, cəmiyyətə plüralizm olmadıqda, Dövlətin inkişafı mümkün deyil. Heç olmasa, dağılan SSRİ-dən dərs çıxartmaq lazımdır..."
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər